Ölkə futbolu
“Qəbələ”yə transfer olunduğu iddia edilən “Beşiktaş”lı Futbolxeber.az-a danışdı!
“Əvvəlcə mənimlə əlaqə yaratdığınız üçün sizə minnətdaram. Bu məsələ ilə bağlı mən özüm də danışmaq istəyirdim”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Beşiktaş” azarkeşi Sedat Özdəmir deyib.
Bir neçə gün əvvəl Türkiyənin “hürriyet.com.tr” saytında Sedat Özdəmirin adından bir neçə “Beşiktaş” azarkeşinin “Qəbələ” ilə əməkdaşlığa başladığı barədə açıqlama yer almışdı.
Bununla bağlı Özdəmir saytımıza müsahibəsində ilk növbədə “Qəbələ” ilə tanışlığından söz açıb: “Mən böyük bir şirtkətdə, yaxşı vəzifədə çalışıram. Allaha şükür olsun ki, maddi durumum yaxşıdı. Kimsəyə möhtac deyiləm. 35 ildir “Beşiktaş” azarkeşiyəm. Ən aktiv tribuna qruplarından birinin rəhbəriyəm. “Qəbələ” ilə tanışdlığımızın tarixçəsini danışmaq istəyirəm. Mən çalışdığım şirkətin rəhbərliyi ilə “Qəbələ” rəhbərliyinin ortaq işləri var. Şirkətimizin rəhbəri mənimlə əlaqə saxladı. “Qəbələ” klubu haqda məlumat verdi. Bildirdi ki, klub bu mövsüm heyətini xeyli gücləndirib, rəhbərlik avrokuboklardakı çıxışa böyük önəm verir. Birinci mərhələdə gürcü klubunu (“Dinamo”, Tiflis-red.) mübarizədən kənarlaşdırıblar. Növbəti rəqibləri isə serb (“Çukariçki”-red.) klubudu. Özünlə birgə bir neçə azarkeş götür və Bakıya gedib, komandaya dəstək olaq. Çünki sən illərdi tribuna liderisən. Mənim də “Beşiktaş”la birgə Avropada getmədiyim ölkə yoxdu. Qardaş ölkə olan Azərbaycanı da çoxdandır görmək istəyirdim. Özümü millətçi hesab edirəm. Bütün bunları nəzərə alaraq, təklifi məmuniyyətlə qəbul etdim. Beləcə mən, şirkətimizin müdiri və daha 4 dostum Azərbaycana gəldik. Bütün xərclərimizi Türkiyədəki şirkətimiz qarşıladı. Bakıda 5 ulduzlu oteldə qaldıq. Şəhərlə yaxından tanış olduq və oyun saatında “Bakcell Arena”ya gəldik. Orada “Qəbələ”nin Bakı fan-klubunun üzvləri ilə tanış olduq. "Sektor 11" fan-klubu ilə çox gözəl münasibətimiz yarandı. Birlikdə komandaya dəstək olduq və qələbə qazanaraq, mərhələni adladıq. Ertəsi günü xoş xatirələrlə Bakını tərk etdik”.
S.Özdəmir daha sonra Bakıya ikinci səfərlərindən də söz açıb: “Ailəmlə birgə Kiprdə tətildəydik. Istanbuldakı dostum mənə zəng vurdu və bildirdi ki, “Qəbələ”nin növbəti rəqibi “Apollon”du. Kiprdə baş tutan oyun heç-heçə bitib və cavab oyunu Bakıdadı. Yenə də “Qəbələ”nin oyununa yollanmaq istəyirik. Bu təklifi də məmuniyyətlə qəbul etdiım. Çünki Azərbaycan xalqının bizə qarşı olan rəftarı, dostluğu məni heyran etmişdi. Yüksək əhval-ruhiyyi ilə Bakıya gəldik və komandaya əlimizdən gələn dəstəyi verdik. Qələbə qazandıq və “Qəbələ” pley-offa yüksəldi. Yenə də Bakını xoş xatirələrlə tərk etdik”.
Özdəmir vurğulayıb ki, Bakıya səfərləri zamanı “Qəbələ” tərəfindən onlara heç bir ödəniş olmayıb: “Əminliklə söyləyirəm ki, Bakıda olduğumuz müddətdə “Qəbələ” rəhbərliyi, rəsmiləri ilə heç bir alış-verişimiz, pul söhbətimiz olmayıb. Bayaq da dediyim kimi, bütün xərclərimizi çalışdığımız firma qarşılayıb”.
Türkiyəli azarkeş qeyd edib ki, o özü komandasının oyunlarına getmək üçün pul xərcləyir: “Beşiktaş”ın hər avrokubok oyununda səfərə yollanıram. Buna görə də 750-1000 avro arası xərcə düşürəm. Bunu deməkdə məqsədim odur ki, pulla bağlı sıxıntım yoxdu. Öz cibimdən sevimli klubum üçün pul xərcləyirəm”.
Özdəmir onun adından açıqlamanı yayan jurnalisti artəq məhkəməyə verdiyini bildirib: “Bu açıqlama tamamən əsassız və yalandı. Xəbəri yayan jurnalisti artıq məhkəməyə vermişəm. Vəkilimlə bu barədə danışdıq. O, məhkəmə qarşısında cavab verəcək. Bu qədər axmaq iddia olar? Guya mən hər həftə Bakıya gəlirəm, dərs keçirəm və buna görə də 100 dollar alıram. Həmin jurnalistlə məhkəmədə görüşəcəyik. Aylıq maaşım 6000 TL-di. Məni iş yerimdən kimdi hər həftə Azərbaycana buraxan? Bir sözlə, tam əsassız, yalan xəbərdi. Rəhbərlik etdiyim azarkeş qrupunda minlərlə məni sevən şəxs var. Dostlarım həmin jurnalistə hər gün yazırlar. Bu səbəbdən də bütün sosial mediadakı hesablarını dondurmaq məcburiyyətində qalıb. Amma bununla canını qurtara bilməyəcək. Yalan yazdıqlarına görə cavab verəcək. Əminliklə söyləyirəm ki, yayılan xəbər yalandır”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























