21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

AFFA və UNICEF arasında növbəti müqavilə imzalanıb

Bir neçə ildir əməkdaşlıq edən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və UNICEF arasında növbəti müqavilə imzalanıb. Futbolxeber.az-ın məlumatına görə, hazırkı əməkdaşlıq müqaviləsi AFFA-nın 2014-cü ildə qoşulduğu UNICEF-in uşaq zorakılığına qarşı qlobal kampaniyasının davamıdır. Əməkdaşlıq çərçivəsində AFFA və UNICEF uşaq zorakılığının qarşısının alınması mövzusunda maarifləndirmə işləri aparılacaq.

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan - Moldova beynəlxalq yoldaşlıq oyunu zamanı meydançanın ətrafında quraşdırılmış reklam lövhələrində AFFA-UNICEF əməkdaşlığının növbəti mərhələsinin aktivləşdirilməsi öz əksini tapıb.

Qeyd edək ki, bu gün Ümumdünya Uşaqlar Günüdür. Birləşmiş Millətlər Təşkilatı 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul edib.


affa.az



< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30