Ölkə futbolu
“Qarabağ” əsl gücünü “Tottenhem”lə oyunda göstərəcək”
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun müsahibəsi
- Əvvəlcə millimizin Moldova ilə yoldaşlıq oyunu (2:1) haqda fikirlərinizi öyrənək...
- Bu oyun hər birimizi sevindirdi. Eksperimental heyətlə oynamaq gələcəyə atılan bir addım idi. Eksperimentin özünü doğruldtuduğunu deyə bilərik. Robert Prosineçkinin rəhbərliyi altında yığmamız oyundan –oyuna yaxşı təsir bağışlayır. Bu da ümid verir ki, gələcəkdə güclü bir milli komandamız olacaq. Hamımız əsas millimizin ətrafında birləşməli və uğurlarına sevinməliyik.
- Uğursuz çıxışları ilə yadda qalan U-21 millimizin Rusiyaya böyük hesabla (3:0) qalib gəlməsi sizin üçün də gözlənilməz oldu?
- Komandalarımızdan hər zaman qələbə gözləyirəm. Ardıcıl məğlubiyyətlərdən sonra güclü rəqibə qalib gəlmək onu göstərdi ki, potensialımız var. Komandamız Rusiya üzərində tarixi qələbə qazandı. Əsas millimizin ən yaxın ehtiyat qüvvəsi olan U-21 ağır bir məqamda çıxış yolu tapdı. Komanda o zaman güclü olur ki, özünə inanır. Bunu 21 yaşlılardan ibarət komandamızda gördük.
- U-19 millimiz isə bizi təəssüfləndirdi.
- Komandamız son oyunda əsas simasını göstərdi. Yəqin ki, ilk uğursuzluqlardan sonra nəticə çıxarmışdılar. Nəzərə almaq lazımdır ki, Nazim Süleymanov cəmi 4-5 aydır ki, bu komandanı çalışdırır. Buna görə də ona güzəşt etmək olar. Yığmamızın son oyunu da ümid verdi ki, zəncirvari bağlılıqla gələcəkdə böyük bir inkişafa doğru addım atacağıq. Əsas millimizə təkan verəbiləcək potensiallı gənclərimiz var.
- Təəssüflənidirici məqamlardan biri də U-19 millimizdə müəyyən futbolçuların intizamsızlıq etməsi oldu. Bu yaşda futbolçuların səhvləri nə dərəcədə bağışlanandır?
- Belə halların olmaması mümkün deyil. Ən vacibi odur ki, belə hallara qarşı düzgün mübarizə aparılsın. Bu yaşda olan futbolçular tam formalaşmırlar. Onları düz istiqamətə yönəltmək lazımdır ki, gələcəkdə istedadlı futbolçuları itirməyək. Hesab edirəm ki, atılan addımlar düzdür.
- Son günlər “Neftçi”nin üzləşdiyi uğursuzluqlar haqda çox danışıldı. Bir vaxtlar çalışdırdığınız komandanın acınacaqlı durumu ilə bağlı nə deyə bilərsiniz?
- Mən düşünmürəm ki, “Netçi”nin vəziyyəti o qədər də acınacaqlıdır. İstənilən komanda bu duruma düşə bilər. Ən vacibi bu vəziyyətdən çıxış yolu tapmaqdır. Klub rəhbərliyi çalışır ki, tezliklə komandanı bu vəziyyətdən çıxarsın. İnanıram ki, yaxın vaxtlarda biz tamamilə fərqli bir “Neftçi” görəcəyik və bu komandanın da uğurlarına sevinəcəyik.
- Avropa Liqasının qrup mərhələsində mübarizə aparan komandalarımızı çətin oyunlar gözləyir. “Qarabağ” doğma meydanda “Tottenhem”lə, “Qəbələ” isə səfərdə PAOK-la qarşılaşacaq. Komandalarımızdan nə gözləyirsiniz?
- Hər iki komandamızın qrupdan çıxmaq şansı var. “Qəbələ”də başa düşürlər ki, geriyə yol yoxdur, ancaq hər iki görüşdə qalib gəlməklə qrupdan çıxmaq şansları var. Yəqin ki, meydana da bu motivasiya ilə çıxacaqlar. Düzdür, rəqiblər çox güclüdür, ancaq nəzərə almaq lazımdır ki, “Qəbələ” bu mərhələyə qədər çox güclü komandaları mübarizədən kənarlaşdırıb. Nə qədər də çətin olsa ümid edirik ki, komandamız hər iki görüşdə qalib gələ bilər. “Qarabağ”a gəldikdə isə həm komandamız, həm də “Tottenhem”in qrupdan çıxmaq şansı var. Çoxdandır arzuladığımız bir “Qarabağ” komandamız var. Məncə, “Qarabağ” əsl gücünü “Tottenhem” kimi bir rəqibə qarşı oyunda göstərəcək. Biz bunu arzulayırıq və gözləyirik.
Mənbə: qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























