26 Avqust 2026, Çərşənbə
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

Ştefan Stoyko: “Birinci hissədə Azərbaycan millisi yaxşı oynadı”

“Hər iki komanda üçün çox yaxşı yoldaşlıq oyunu oldu. Azərbaycan tərəfinə bizə göstərdikləri qonaqpərvərliyə, yaratdıqları şəraitə görə AFFA-ya minnətdarlığımızı bildiririk”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Moldova millisinin baş məşqçisi Ştefan Stoyko deyib.

Rumın mütəxəssis millimizə 1:2 hesabı ilə uduzduqları görüş haqda bunları söyləyib: “Birinci hissədə Azərbaycan yığması yaxşı oynadı. Ümumilikdə, oyun yaxşı alındı. Bakıya itkilərlə gəlmişdik. Legioner həyatı yaşayan 5 oyunçumuz bu gün komandaya kömək edə bilmirdi. Onların yoxluğunda gənclərə şans verdik”.

Stoyko Azərbaycanda idmana böyük sərmayə yatırıldığını qeyd edib: “Bilirəm ki, son illər Azərbaycanda təkcə futbola yox, bütün idman növlərinə böyük sərmayə yatırılır. Bunun da bəhrəsini görəcəksiniz. Təəssüf ki, Moldovada vəziyyət fərqlidi”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31