19 Fevral 2026, Cümə axşamı
Qurbanov məğlubiyyəti şərh etdi
Eddi Hau: “Dominant tərəf biz idik”
“Qarabağ”dan böyükhesablı məğlubiyyət
Ramalinqoma 3, Kadiyə 2 oyun cəza

Ölkə futbolu

PFL-dən vaxtından əvvəl başlanan oyunla bağlı açıqlama

Azərbaycan çempionatının I divizionunda IX tur çərçivəsində keçirilən “Şərurspor” - “Zaqatala” matçının vaxtından əvvəl başlanması haqda xəbər vermişdik. Belə ki, görüş 20:30-da deyil, 19:30-da start götürüb.

Peşəkar Futbol Liqasının Informasiya və Ictimayyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Futbolxeber.az saytına açıqlamasında məsələyə belə münasibət bildirib: “Həqiqətən də oyun 20:30-da başlamalıydı. Bundan əvvəl isə “Bayıl Arena”da Bosniya və Hersoqovinanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının məşqi olmalıydı. Lakin həmin məşq təxirə salınıb. Bu səbəbdən də 2 komandanın və görüşün hakim-inspektorunun qarşılıqlı razılığı əsasında matç 1 saat tez start götürüb. Təbii ki, tərəflər bununla bağlı PFL-i xəbərdar ediblər və razılıq alıblar”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28