3 Iyun 2025, Çərşənbə axşamı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu

Ölkə futbolu

AFFA rüşvət ittihamı ilə bağlı komissiya yaradır

“2001-ci ildə keçirilən “Osiek” – “Dinaburq” oyununda azərbaycanlı hakimlərin idarəçiliyi ilə bağlı komissiya yaradılacaq”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.

Təxminən 14 il öncə UEFA kubokunun seçmə mərhələsi çərçivəsində Xorvatiyada baş tutan “Osiek” - “Dinaburq” görüşü ilə bağlı şok video yayılıb.

Həmin videoda həmin vaxt 4-cü hakim olan Xaqani Məmmədovun baş hakim Asim Xudiyevə “qonaqlar heç-heçə üçün 15 dənə verirlər” sözləri açıq şəkildə eşidilir.

İndi üzə çıxan video ilə bağlı isə AFFA-da ciddi araşdırma aparılacaq. Nərimanoğlu federasiya prezidenti Rövnəq Abdullayevin də bundan xəbərdar olduğunu bildirib: “AFFA prezidentinin tapşırığına əsasən, komissiya yaradılacaq və bu məsələyə baxılacaq. Komissiyanın tərkibi ilə bağlı sonra məlumat veriləcək”.

Qeyd edək ki, həmin qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30