Ölkə futbolu
Süleymanov daha bir oyunçunu millidən uzaqlaşdırdı: “Hər futbolçunun yanına polis qoymalıyıq?”
"Xəzər Lənkəran" klubunun hücumçusu Elnur Cəfərov Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasından kənarlaşdırılıb. Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a millinin baş məşqçisi Nazim Süleymanov açıqlama verib.
Onun sözlərinə görə, səbəb 18 yaşlı forvardın Türkiyə yığması ilə AVRO-2016-nın seçmə qrup matçında etdiyi intizamsızlıq səbəb olub: "Elnur "fair-play"a əməl etməyərək, iki komandanın futbolçuları arasında münaqişəyə səbəb oldu. Bunun nəticəsində ikinci sarı vərəqəni aldı və gələn oyunda oynamayacaq. Onu gündəlik ödənişdən məhrum etdim və göndərdim".
N.Süleymanov "Qarabağ"ın müdafiəçisi Mahir Mədətovun da yığmadan kənarlaşdırılma səbəbini açıqlayıb: "Ümid edirdik ki, Mahir bu seçmə mərhələdə bizə kömək edə biləcək. Amma həm Ukrayna, həm də Türkiyə ilə oyunlarda göründü ki, o, çox da yaxşı formada deyil. Eşitdim ki, Türkiyə ilə matçda zədə səbəbindən əvəzləndikdən sonra gedib tribunada oturub tum çırtlayır. Komanda ilə yaşamaq lazımdır. Hər futbolçunun yanına polis qoymalıyıq? Bundan başqa mübahisə zamanı Mədətov gəlib yan xətt hakimini vurdu və mən bunları gördüm. İntizam olmalıdır. Onu da gündəlik ödənişdən məhrum etdim və komandadan kənarlaşdırdım".
Cəfərov və Mədətovdan əlavə, millinin daha bir futbolçusu Emin Zamanov noyabrın 15-də Bosniya və Herseqovina yığması ilə qrupun son tur matçında çıxış etməyəcək. Zamanov ilk 2 matçda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. Baş məşqçi bildirib ki, hər bir futbolçunun intizamlı olmalıdır: Cəmiyyətdə hər kəs istədiyin etsə necə olar? Biz Azərbaycanı təmsil edirik. Biz kəmiyyətə yox, keyfiyyətə baxacağıq. İştirak ərizəsinə 18 oyunçu daxil edirik. 2 qapıçı və 16 futbolçu. 3 nəfər yoxdursa, olmasın. 15 nəfərlə oynayacağıq. Quyuya su tökməklə dolmur. Hamımızın canı yanmalı, istəməliyik. Futbolun incəliklərini öyrənməkdənsə, həyatda hansı axmaq hərəkətlər varsa, onları götürürlər. Onlar bizim balalarımız, gələcək fuytbolçularımızdır. İntizamla bağlı komanda ilə danışdım. Avropa çempionatının seçmə mərhələsidir, evdə oynayırıq. Biz xalqı təmsil edirik".
N.Süleymanovun fikrincə, intizamsızlıqla əlaqədar bütün günahı klubların üstünə atmaq düzgün deyil: "Hər kəs istərdi ki, intizamlı, yaxşı oyunçu olsun. Sadəcə, futbolçu şəxsiyyət olduğunu dərk etməlidir. Hər kəs düşünür, cavab verir. Onların içərisində yaxşıları da var ki, pislərin içində gedir. Mənə elə gəlir ki, bizim futbolçuları düzgün təlim-tərbiyə etmək lazımdır. Futbolçu özün hər şeyi dərk etməlidir. Sadəcə, mənim vaxtım az oldu. Bizim futbolçular düşünməli, öz üzərlərində çalışmalı, boş vaxtlarını başqa şeyə sərf etməməlidirlər. Vaxtlarını meydançada keçirməlidirlər. çalışmalıdırlar. Çox problemlər var. Futbolçunun qidalanması, istirahət, məşqi bir-birini tamamlayır və olmalıdır".
Qeyd edək ki, Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Bakıda keçirilən Avropa çempionatının seçmə qrup mərhələsində əvvəlcə Ukraynaya 0:4, ardından Türkiyəyə 0:1 hesabı ilə uduzub. Qrupun son oyununda rəqib Bosniya və Herseqovina millisi olacaq. Noyabrın 15-də Bayıl stadionunda keçiriləcək görüş saat 18:00-da başlanacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























