Ölkə futbolu
Kazbek Tuayev: "Nə banket istəyirəm, nə də hədiyyə"
Bu gün AFFA İcraiyyə Komitəsinin üzvü, "Neftçi" klubunun və SSRİ yığmasının sabiq futbolçusu Kazbek Tuayevin 75 yaşı tamamlanır. "Report"un məlumatına görə, "Şöhrət" ordenli mütəxəssis yubileyi ərəfəsində "Sport-Ekspress"ə müsahibəsində ad günləri keçirmədiyini bildirib.
Hazırda Moskvada olan K.Tuayev "Bakıda mərasim təşkil etmək, Azərbaycan və Moldova yığmaları arasında noyabrın 17-də keçiriləcək yoldaşlıq görüşü ərəfəsində veteranlar arasında görüş təşkil etmək istəyirdilər. Amma fikrimcə, belə şeylərdən qaçmaq lazımdır. Nə banket, nə də hədiyyə istəyirəm. Bir əsrdir evimizdə ad günü təşkil olunmur. Nə atam, nə də anam istəmirdi. Özüm üçün utandırıcı haldır ki, valideynlərimin doğum günləri tarixini də bilmirəm. Övladlarımınkıları bilsəm də, qeyd etmirik" - deyib.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə "Report"a açıqlamasında veteran futbolçunun hazırda Bakıda olmaması səbəbindən yubileyinin təxirə salındığını söyləyib: "Biz Kazbek müəllimə ad günü keçirməyi nəzərdə tutmuşduq. Lakin hazırda olmadığından, tədbiri təxirə saldıq".
Qeyd edək ki, Kazbek Tuayev 13 noyabr 1940-cı ildə Bakının Ələt qəsəbəsində dünyaya gəlib. O, futbolçu kimi 1959-1960-cı illərdə Rusiyanın "Spartak" (Nalçik), 1961 - 1970 və 1971-1972-ci illərdə "Neftçi", 1970-ci ildə "Spartak" (Vladiqafqaz) komandalarında çıxış edib. Baş məşqçi qismində isə K.Tuayev 1970 və 1973 - 1977-ci illərdə "Spartak" (Vladiqafqaz), 1978 - 1982-ci illərdə "Xəzər Lənkəran", 1983-1984, 1996-1997 və 2004-cü illərdə "Neftçi", 1987 - 1990-cı illərdə "Klub Afriken" (Tunis), 1992-ci ildə "Tərəqqi", 1993-cü ildə "Azneftyağ", 1993 - 1995-ci illərdə "Turan" (Tovuz), 1995 - 1997-ci illərdə Azərbaycan millisində çalışıb. SSRİ millisinin heyətində 1964-cü ildə Avropa çempionatının gümüş mükafatçısı, "Neftçi"də isə SSRİ çempionatının bürünc mükafatçısı olub. Baş məşqçi kimi 1994-cü ildə "Turan"la, 1996, 1997 və 2004-cü illərdə "Neftçi" ilə Azərbaycan çempionu, 1996, 2004-cü illərdə ölkə kubokunun sahibi olub. 2 övladı var: Sergey Rusiyanın paytaxtı Moskvada, Aleksandr Kanadada yaşayır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























