1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

"Qarabağ" Monakoya nə vaxt gedəcək?

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" klubunun "Monako" ilə oyun üçün səfər planı məlum olub. Futbolxeber.az-ın məlumatına görə, klubun baş meneceri Asif Əsgərov "Report"a açıqlamasında komandanın oktyabrın 20-də yola düşəcəyini bildirib.

Ağdam təmsilçisini Monakoya aparacaq təyyarə Heydər Əliyev adına Hava Limanından saat 18:00-da uçacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda çarter reysi ilə birbaşa Monakoya gedəcək.

Geri dönüş isə oktyabrın 22-də keçiriləcək oyundan sonraya planlaşdırılıb.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Monako" - "Qarabağ" qarşılaşması Bakı vaxtilə saat 22:00-da start götürəcək. Oyun II Lui stadionunda keçiriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30