Ölkə futbolu
Fariz Nəcəfov: "Avroliqada 1/16 finala adlamaq üçün mübarizə aparacağıq"
“Qəbələ” Idman Klubunun vitse-prezidenti Fariz Nəcəfov “Qəbələ IK”ya müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, klub rəsmisi komandanın son dövrlər həm avrokuboklarda, həm də Azərbaycan çempionatında ugurlu çıxısına toxunub. Qazanılan ugurlarda azarkeşlərin xüsusi rolunu qeyd edən F.Nəcəfov “Qəbələ”nin ev oyunlarında tamasaçı azlığından narahatlığını da dilə gətirib. Futbolun azarkeşlər üçün oynanıldığını vurğulayan klub rəsmisi stadionda izdiham, azarkeş sıxlığı, dəstək görmək istədiyini deyib.
- Bu il klubumuz 10 illik yubileyini qeyd edir. Komandamız yubiley ilinə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla töhfə verdi. Qrup mərhələsinin ilk iki oyunundan sonra komandanın çıxışını necə dəyərləndirirsiz?
- Avrokuboklarda asan rəqib olmur. Bizim qarşılaşdığımız bütün komandalar böyük tarixə malik klublar olub. Belə rəqibləri keçib, qrupa düşməyimiz bizi sevindirir. Qazanılan bu uğuru bir və ya bir neçə nəfərin adı ilə bağlamaq düzgün olmazdı. “Qəbələ”nin əldə etdiyi nəticələrdə klubun prezidenti Tale Heydərovdan başlayaraq, stadionun ot örtüyünə cavabdeh olan əməkdaşlarına qədər hər kəsin əməyi var. Qazanılan ümumi uğurda daha böyük yük baş məşqçi və futbolçuların üzərinə düşür.
- Tarixində ikinci dəfə avrokuboklara qatılsa da, qrup mərhələsinədək irəliləyən “Qəbələ”nin qitəmiqyaslı turnirdə vəzifəsinin öhdəsindən gəldiyini söyləmək olar?
- Qrup mərhələsinə yüksəlməklə vəzifənin öhdəsindən tam gəldiyimizi söyləməzdim. Daha böyük uğur qazanmağımız mümkündür. 1/16 finala adlaya bilərik və bunun üçün mübarizə aparacağıq. Məşqçi və futbolçularımızla söhbətdə də qazanılanla kifayətlənməli olmadığımızı deyirəm. Qrupda keçirdiyimiz ilk iki matç da bunu göstərdi. Həmin qarşılaşmalarda bərabər mübarizə apardıq, hətta qələbə də qazana bilərdik. Növbəti görüşdə Almaniya “Borussiya”sını qəbul edəcəyik. Oyunun ağır keçəcəyini bilirik. Lakin öz meydanımızda oynadığımızdan özümüzü sübut edib, nəticə qazanmağımız da mümkündür.
- Komandamız qrupdakı ev oyunlarını Qəbələdə deyil, Bakıda keçirir. Klubun doğma şəhərdə bütün tələblərə cavab verən stadionunda oynaması üçün yeni arenanın inşası nəzərdə tutulmuşdu. Bu istiqamətdə hansı addımlar atılıb?
- Yeni stadion inşa etməyi planlaşdırırdıq. Bunun üçün sahə də ayrılmışdı. Həmin arenanın layihəsi də var. Amma şəhər əhalisinin ümumi sayını və ev oyunlarına gələn tamaşaçı sayını nəzərə alıb, hazırkı stadionu modernləşdirməyə qərar verdik. Bu arenanı elə səviyyəyə çatdırmaq istəyirik ki, komandamız qarşıdakı 5 ildə də burada çıxış etsin. Bir müddət əvvəl bu məsələylə bağlı memarlarla müzakirələr aparıb, belə qənaətə gəldik ki, daha bir tribuna tikib, arenadakı oturacaqların sayını artırmaq mümkündür. Bu işlər görüldükdən sonra Qəbələ şəhər stadionunun tutumu 8000-ə çatacaq. Nəticədə indiki arenamız avrokubok matçlarının da keçirilə biləcəyi müasir stadiona çevriləcək.
- Komandanın ev oyunlarına gələn azarkeş sayına toxundunuz. Avrokubok qarşılaşmaları ilə müqayisədə Premyer Liqada keçirilən 4 ev oyunundakı göstəricilərin yüksək olmaması haqda nə düşünürsüz?
- Futbol azarkeşlər üçün oynanılır. Azarkeşlərin stadionda yaratdıqları atmosfer futbolçuları ruhlandırır, onları uğura səsləyir. Arenaları və oyunları daha cəlbedici edən də azarkeşlərdir. Təəssüf ki, son qarşılaşmalarda bunu görmürük. Doğrudur, “Xəzər Lənkəran”la ötən turun oyununda güclü yağış da öz sözünü dedi. Amma ümumilikdə, stadionumuzda arzuladığımız mənzərənin şahidi ola bilmirik. “Qəbələ”nin bütün azarkeşlərini stadiona dəvət edirik. Nəzərə almaq lazımdır ki, avrokuboklara gedən yol məhz ölkə çempionatından və kubokundan keçir. Daxili turnirlərdə uğur qazanmasaq, avrokuboklarda iştirakımız da mümkünsüz olacaq. “Qəbələ”nin var olmasının, uğur qazanmağa çalışmasının başlıca səbəbi məhz azarkeşlərdir. Tərəfdarlarımızı hər zaman yanımızda görmək istəyirik. Stadionumuzda izdiham, azarkeş sıxlığı, dəstək görmək istəyirik. Stadionumuz böyük, müasir və dünya standartlarına uyğun olsa da, azarkeşlərsiz bunun heç bir mənası yoxdur. Qəbələnin belə bir komandasının olması ilə fəxr etmək, qürur duymaq lazımdır. Azarkeşlər arenaya gəlib, oyunlarımızı izləyib, zövq alsınlar. Komandanın azarkeşlərə hər zaman ehtiyacı var.
- “Qəbələ” ardıcıl iki mövsüm bürünc medal qazandığı Premyer Liqada liderlər qrupunda qərarlaşıb. Komandamızın çempionatın arxada qalan hissəsindəki çıxışı barədə nə düşünürsünüz?
- Hələ mövsümün birinci dövrəsinə yekun vurulmayıb. İndidən nəsə söyləmək tezdir. Amma start göstərdi ki, “Qəbələ” mövsümün iddialı komandalarından biridir. “Qarabağ”, “İnter”, “Neftçi”, həmçinin, debütant olmasına baxmayaraq, mövsümə yaxşı başlayan “Zirə”ni də qeyd etməliyəm. Bütün rəqiblərə hörmətlə yanaşıb, hər qarşılaşmaya qələbə əzmi ilə çıxmağımız çox vacibdir. Çempionatda zəif komanda yoxdur. Elə bu səbəbdən hər matça maksimum köklənib, layiq olduğumuz nəticəni qazanmalıyıq.
"Qəbələ İK"
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- Şeydayevin yeni klubu müəyyənləşdi
- Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
- Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
13:13
“Sabah” - “Hapoel” oyununun hakimləri müəyyənləşdi
-
12:51
"Napoli"dən səfər qələbəsi VİDEO
-
12:24
Cüdoçularımız Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar
-
12:07
"Fənərbaxça" 3 xalı 4 qolla qazandı VİDEO
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:36
"İnter"dən mövsümə uğurlu start VİDEO
-
11:15
Eren Aydın: “Rəşad Sadıqovun inamını boşa çıxarmaq istəmirəm”
-
10:54
“Turan Tovuz” “Şamaxı”ya, “Neftçi” “Araz-Naxçıvan”a qarşı
-
10:42
"Real" sonda sevindi VİDEO
-
10:29
Yeniyetmə cüdoçularımız dünya çempionatını 2 medalla başa vurublar
-
10:13
"Tottenhem"dən böyük hesablı məğlubiyyət VİDEO
-
09:51
Rüfətin komandası mövsümə məğlubiyyətlə başladı
-
09:30
Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi VİDEO
-
23:52
Rəşad Sadıqov: “5-6 futbolçu ilə danışıqlar aparırıq”
-
23:40
"Zirə" "İmişli"ni məğlub etdi
-
23:37
"Zirə" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:19
Güləşçimiz U-20 dünya çempionatının finalına yüksəlib
-
18:33
Azərbaycan kanoeçisi Polşada dünya çempionatında iştirak edəcək
-
14:00
Leyla Parşkova "Murov Az Terminal"a transfer olunub
-
13:24
"LANDAU Lions"da yeni müqavilə
-
12:47
Gürcüstan millisinin üzvü "Sevilya"da
-
11:15
“Arsenal”dan mövsümə uğurlu start VİDEO
-
10:56
Daan Rots: “Qarabağ”la oyuna başı dik getməliyik”
-
10:31
"Qalatasaray" "Ərzurumspor"u darmadağın etdi VİDEO
-
10:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:42
Toral oynadı, “Bursaspor” uduzdu
-
09:29
Ronaldo yeni mövsümdə qol hesabını açdı
-
09:13
Cəlal Hüseynovun komandası məğlub oldu
-
00:34
Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynadı
-
19:18
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
-
18:30
“Qaradağ Lökbatan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
17:55
II turun hakim təyinatları açıqlandı
-
17:27
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
-
17:02
“Yuventus” onunla müqaviləyə xitam verdi
-
16:46
Millidə yeni baş məşqçi
-
16:18
Fuad Ağayev Avropa çempionatında hakimlik edəcək
-
15:39
"Sabah" - "Hapoel" oyununa 15 min bilet satılıb
-
14:54
Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir
-
14:23
“Tvente”nin hücumçusu: “Cavab oyununda erkən qol vursaq...”
-
14:01
Millimizin 3 futbolçusu Türkiyə klubu ilə müqavilə müddətini uzadıb
-
13:48
Azərbaycanın paragüllə atıcıları dünya çempionatına Bakıda hazırlaşırlar
-
13:30
“Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
-
13:15
Boksçumuz Avropa çempionatının finalında
-
12:57
Azərbaycan klublarından rekord
-
12:42
Sonuncu mogikan və 7 ay əvvəl yazılanların təsdiqi
-
12:26
Kadi Konfrans Liqasında rekordçu oldu
-
11:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:18
"Qarabağ"ın qələbəsi VİDEO
-
11:04
“Zirə” legionerini Kamboca klubuna satdı
-
10:51
"Malmö" Sumanı icarəyə verdi
23.08.2026
22.08.2026
21.08.2026
























