18 Noyabr 2025, Çərşənbə axşamı
Didye Deşamdan qələbə şərhi
Millimiz Fransaya uduzdu
U-19 millimiz yenə məğlub oldu
“Hücum etməyə çalışacağıq”

Ölkə futbolu

“Kəpəz”in Müşahidə Şurası azarkeşlərlə görüşdü

Avqustun 18-də Gəncə şəhər stadionunda “Kəpəz”in Müşahidə Şurası və klub rəhbərliyinin təşəbbüsü ilə fanklub təmsilçiləri ilə görüş keçirilib. Futbolxeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə komandanın dörd fanklubunun - “Kəpəz”, “Xəmsə”, “Kəpəz Ultras” və “Gəncə”nin rəhbərləri iştirak edib. Azarkeş birliyinin nümayəndələri ilə Müşahidə Şurasının üzvü Müşfiq Cəfərov və klubun icraçı direktoru Mehman Allahverdiyev görüşüb.

Tədbirdə fanatların komandanın “Zirə”yə qarşı ilk ev oyununda azarkeşliyi müzakirə olunub, onların dəstəyi yüksək qiymətləndirilib. Klub rəhbərliyi buna görə fanklublara minnətdarlıq edib. Fanklub rəhbərləri isə öz növbəsində bundan sonra da “Kəpəz”ə bütün oyunlarda dəstək verəcəklərini, komandaya dayaq olacaqlarını bildiriblər.

Müşahidə Şurasının üzvü Müşfiq Cəfərov görüşün sonunda fanatlara müjdə verib. Cəfərov çempionatın 3-cü turu çərçivəsində “Qəbələ” səfərində azarkeşlərin avtobuslarla təmin olunacağını açıqlayıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30