Ölkə futbolu
Jurnalistlər Cavid Hüseynovla bağlı Prezidentə müraciət etdi
Jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən “Qəbələ” klubu və millimizin futbolçusu Cavid Hüseynovun zaminliyə buraxılması ilə bağlı bir qrup media təmsilçisi Azərbaycan Prezidenti İlham Əliyevə və Baş Prokuroru Zakir Qaralova müraciət edib. Futbolxeber.az həmin müraciət təqdim edir:
"Cənab Prezident, Milli mətbuatın 140 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunmasından bir neçə gün sonra jurnalist Rasim Əliyevin ölümü ilə nəticələnən olay hər birimizi içdən ağrıtdı. Mətbuat günündə medianı təltif edən dövlət başçısı kimi Sizin belə ağır gündə baş vermiş hadisəni şəxsən nəzarətə götürməniz sözün həqiqi mənasında mətbuatın dostu olmanızı bir daha təsdiqlədi. Həm bayramımızda, həm də faciəmizdə bizimlə birgə olmanız azad sözə və azad mediaya dövlətin ən böyük dəstəyidir. Mərhum həmkarımızın ölümü bizim hər birimizi kədərləndirdi. Sizin, medianın dostu olaraq, bu hadisəni şəxsən nəzarətə götürməniz həmkarımız Rasim Əliyevin qatillərinin öz cəzasını alacağına tam inam yaradır.
Cənab Prezident!
Baş vermiş cinayətlə bağlı həbsdə yatan “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynov Azərbaycan bayrağının rəqib klubun azarkeşləri tərəfindən təhqir olunmasına etiraz edib. Onun “Qəbələ” futbol klubunu növbəti mərhələyə çıxaran qolu milli və idman şərəfimizin qorunması idi. Sonradan baş verən olayları istintaq aydınlaşdıracaq və Cavid Hüseynovun bu hadisədə iştirakını müəyyənləşdirəcək.
Cənab Prezident!
Cavid Hüseynovun “Qəbələ ” futbol klubunun növbəti oyununda azarkeş qismində belə iştirakı həm futbolçularımıza, həm də xalqımıza böyük ruh yüksəkliyi gətirərdi. Azərbaycan bayrağının şərəfini qoruyaraq həbsdə olmuş Ramil Səfərovun mümkün görünməyən azadlığına nail olan, dünyanın ən uca bayrağı kimi Bakıda Bayraq Meydanının yaradılmasına imza atan, son Avropa Oyunlarında Azərbaycan bayrağının ucaldılmasından və himnimizin səsləndirilməsindən yüksək qürur hissi keçirən Sizə müraciət edirik. Hazırda həbsdə olan “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovun vətənpərvərliyini, bayraq sevgisini, onun ittiham olunduğu maddənin ictimai təhlükəliliyinin az olmasını nəzərə alaraq, futbolçunun məhkəmə hökmünə qədər zaminə buraxılmasına yardımçı olmanızı xahiş edirik!
Dərin Hörmətlə,
“Ədalət” qəzetinin təsisçisi, millət vəkili - Aqil Abbas
“Futbol+” qəzetinin baş redaktoru - Mahir Rüstəmli
“Türküstan” qəzetinin baş redaktoru - Aqil Camal
“Gündəm Xəbər” qəzetinin baş redaktoru - Şirin Cəfəri
“Gün” qəzetinin baş redaktoru - Fikrət Fərhadoğlu
Poliqon İnformasi Agentliyinin baş redaktoru - Azər Qaramanlı
Avropa.info saytının baş redaktoru - Ruslan Bəşirli
Savash.org saytının baş redaktoru - Zülfüqar Savaş
Dünya İnformasiya Agentliyinin baş redaktoru - Məhəmməd Ərsoy
Moderator.az saytının baş redaktoru - Zülfüqar Hüseynzadə
Bölgə Xəbər internet televiziyasının təsisçisi - Vasif Turan
Tərəf.info saytının baş redaktoru - Nurəddin Xoca
Gündəminfo.az saytının baş redaktoru - Razi Abbasbəyli
İdeologiya.az saytının baş redaktoru - Teylor Fətişoğlu
Xalqxeber.az saytının baş redaktoru - Peyman Sadıqlı
Dosye.org saytının baş redaktoru - Elman Nigaran
Cumhuriyyet.az saytının baş redaktoru - Nəsimi Şərəfxanlı
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
-
12:05
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:46
İspaniya - Xorvatiya matçında 5 qol VİDEO
-
11:22
Anje Mutsinzi: 90 dəqiqə, sarı vərəqə və 3 xal
-
10:54
“Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
-
10:31
Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
-
10:17
"Mingəçevir Reqatası-2026": İkinci mərhələyə start verilir
-
10:00
Azərbaycan klublarının rəsmiləri mötəbər tədbirdə iştirak ediblər
-
09:43
"Zirə"nin futbolçusu millidə qol vurdu
-
09:29
U-21 millimiz Şotlandiyaya qarşı
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
30.09.2026
29.09.2026
























