30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Ölkə futbolu

“Yanq Boyz” - “Qarabağ”: rusiyalı hakim həm Azərbaycan, həm də İsveçrə klublarına uğur gətirir

Avroliqanın pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Yanq Boyz" - "Qarabağ" matçını rusiyalı referi Vladislav Bezborodov idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, 42 yaşlı hakim artıq 6 ildir ki, FİFA referisi statusunu daşıyır. Bezborodov 2 dəfə Azərbaycan klubunun oyununu idarə edib. Bu, 2009-cu ildə keçirilən “Birlik Kuboku”na təsadüf edib. Həmin vaxt rusiyalı referinin idarə etdiyi oyunda “İnter” əvvəlcə qrup mərhələsində “Ventspils”i 2:0 hesabı ilə məğlub edib. Daha sonra isə finalda Soliqorsk “Şaxtyor”u ilə matçda təmsilçimiz penaltilərlə sevinib.

Vladislav Bezborodov elə İsveçrə klublarına da uğur gətirir. Onun idarə etdiyi 3 oyunun 2-də qalib gələn İsveçrə klubları, 1 dəfə də meydandan heç-heçə ilə ayrılıblar. Maraqlıdır ki, sözügedən 3 oyunun hamısı İsveçrədə baş tutub:

“Sürix” - “Vilyareal” 3:2

“Bazel” - “Mölde” 1:1

“Bazel” - “Debretsen” 3:1

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30