3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

“Real Sosyedad”ın yetirməsi “Neftçi”yə niyə keçib?

“Neftçi” daha bir futbolçunun keçidini həll edib. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, “Levski”nin hücumçusu Antonio Salas Quinta Azərbaycan klubu ilə anlaşıb.

Bolqar həmkarlarımız ispaniyalı futbolçunun “Neftçi” ilə artıq bir illik müqavilə imzaladığını yazıb. “Levski” rəhbərliyi 30 yaşlı forvardın komandada qalması üçün ona yeni müqavilə də təklif edib. Lakin bolqarların iddiasına görə, Aniete kimi tanınan futbolçu “Neftçi”də “Levski”də qazandığından 4 dəfə çox maaş alacaq. Anietenin “Levski”dən ayrıldığını Sofiya klubunun idman direktoru Georgi İvanov da təsdiqləyib.

Qeyd edək ki, ötən il “Levski”yə Yunanıstan klubu “Niki Volos”dan keçən Aniete keçən mövsüm 14 qolla A qrupunun bombardiri olub. “Real Sosyedad”ın yetirməsi olmasına baxmayaraq, bu klubun yalnız B komandasında oynamış hücumçunun karyerası ərzində çıxış etdiyi ən güclü komanda “Olimpakos” olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31