Ölkə futbolu
Kimdi günahkar? YAZI
Deməli, 1986-cı ildə Mixail Qorbaçovun antialkoqol qərarından sonra ittifaq ərazisindəki şərəbçılıq zavodları təyinatını dəyişməyə başladı və əksəriyyəti şirələr istehsal etdi. Təkcə Azərbaycanda şərabçılıq zavodlarında yığılan şüşə butulka və balonlar buldozerlərin vasitəsiylə çilik-çilik edildi. Üzümçülük sovxozları yerlə-yeksan edildi. Əmr yuxarıdan gəlmişdi, alkoqolizmin axırına çıxmalıydılar.
Belə baxıram vəziyyət dəyişməyib. Cavid Hüseynovun ətrafında baş verən məlum hadisədən sonra onun saxta ittihamla həbs edilməsi, futbolçuya salam verən və salamını alan insanların istintaqa cəlb edilməsi vəziyyətin bir o qədər də ürəkaçan olmadığını göstərir. Çünki ölkə başçısı bu işi öz nəzarətinə götürüb.
Cavidin günahsız və ya günahkar olmasına dair bu yazıda toxunmayacam. Tanıyanlar bu məsələylə bağlı mövqeyimi bilir. Əksəriyyət kimi “like” üçün nəsə yazmıram. İldə 5-6 dəfə aborta gedənlərin bu məsələdə kimisə günahlandırması qədər absurd heç nə yoxdu. Və yaxud o düşərgədən bu düşərgəyə hoppananların yazdıqları cızma-qaralarında kimisə təhqir etməsi qədər də absurd heç nə yoxdu.
Cavidin ittiham olunduğu maddədən başlayaq. Hüseynov cinayət məcəlləsinin 307.1 və 307.2-ci maddələriylə təqsirləndirilir. Həmin maddə dispoziyisında göstərilir: ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə. Məntiqsizlik burdan başlayır. İddia olunur ki, Cavidlə ölən reportyor arasında virtial “söz davası” olub. Bunlar telefon danışığından sonra razılığa gəliblər və məsələ çözülüb. Sonradan nə baş veribsə, Cavidin qohumları gedib Rasim Əliyevi çağırıblar. Orda əvvəlcə nə baş verməsi haqqında heç kimdə (əlbəttə, istintaqdan başqa) məlumat yoxdu. Sonda dava olub, Rasimi döyüblər və “qoçaqlar” geri qayıdıb.
Əvvəla, Cavid bu cinayətin hazırlanmasını bilirdisə, deməli, cinayətin iştirakçısı olmalı idi. İstintaq Cavidə bu ittihamı irəli sürməyib. Deməli, maddənin “hazırlanmasını” hissəsi Cavidə şamil edilə bilməz. Qanunvericilik də bunu deyir. Cinayət məcəlləsinə əsasən, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.
Keçək maddənin “cinayətin törədilməsinin xəbər verilməməsi” hissəsinə. Hadisə baş verən günü Cavid xəstəxanaya gedib və Rasimlə görüşüb. Rasim xəstəxanaya yerləşibmişsə, deməli, hüquq-mühafizə orqanlarının cinayətdən xəbərləri artıq var idi. Çünki bu cür vəziyyətlərdə xəstəxana hüquq-mühafizə orqanına xəbər verməyə borcludu. Bu hal da göstərir ki, Cavidə verilən ittiham düzgün deyil.
Nəzərə almaq lazımdı ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burda təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən, işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdı. Məhz zərərçəkmişin həyatı üçün mühüm olan orqana xəsarət yetirilməsi hələlik məlum deyil. Çünki ekspertizanın rəyi açıqlanmayıb.
Mehman MURADLI, Komanda.az
P.S. Ədalətsizliyin qarşısını yanğından daha tez almalıyıq. Heraklit belə deyib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Nuriyev Macarıstan klubunda
- “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
-
11:48
“Barselona” Rodri üçün 50 milyon avro ödəməyə hazırdır
-
11:29
Pakistan yığmasının kapitanı "Qarabağ"da
-
11:04
Roman Salenko: “Qarabağ” keyfiyyətli futbol nümayiş etdirir”
-
10:31
"Qalatasaray" - "Renn" matçında 6 qol VİDEO
-
09:56
Krivotsyukun komandasından qələbə
-
09:42
Argentina millisinin üzvü "Çelsi"də
-
09:27
Mahirin qolu xal qazanmaq üçün yetmədi
-
09:13
"Qarabağ" ciddi itki ilə üzləşdi
-
09:00
"Qəbələ" Qətər klubuna qalib gəlib
-
20:00
İbrahim Həsənov finalda uduzdu
-
18:44
U-18 basketbol millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub
-
17:51
"İnter" "Mançester Siti"yə qalib gəldi VİDEO
-
15:28
Həvəskar velosipedçilər arasında Federasiya Kubokunun qalibləri müəyyənləşib
-
15:02
Rüfət İsrail klubuna qələbə qazandırdı
-
14:15
"Qəbələ"də braziliyalı qapıçı
-
12:39
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib
-
11:46
"Real" "Fiorentina" matçında 4 qol VİDEO
-
10:53
"Neftçi SOCAR" Tokioda mübarizəni dayandırıb
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV
-
10:00
"İnter Mayami" Nərimanın komandası ilə heç-heçə etdi
-
22:00
AŞF-də şahmat üzrə dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib
-
21:37
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
20:16
Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi
-
19:09
"Ayaks" Almaniya millisinin üzvü ilə gücləndi
-
18:43
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar
-
17:21
Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
-
16:54
“Qarabağ”ın sabiq hücumçusundan het-trik
-
15:32
"Neftçi SOCAR" 1/4 finala yüksəlib
-
15:10
Rövlan Muradov: “Rəhbərlik də, məşqçilər korpusu da bizə inanır”
-
14:45
Dünya çempionatı: Azərbaycan sablyaçıları 28 komanda arasında 13-cü olub
-
14:24
4 güləşçimiz Türkiyədə medal qazanıb
-
13:57
AFFA Frank De Bleker ilə vidalaşdı
-
12:36
PSJ-dən növbəti transfer
-
11:49
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
"Barselona" - "Birmingem" matçında 4 qol VİDEO
-
10:51
"Arsenal"dan 90 milyonluq transfer
-
10:34
Son 1 ildə geriləyən futbolumuz - YAZI
-
10:12
"Yuventus" "Nitsa"nı məğlub etdi VİDEO
-
09:45
Anatoli Nuriyevin komandası liderliyə yüksəldi
-
23:43
Cavid Hüseynov: “Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdır”
-
22:37
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb
-
22:08
“Səbail”in sabiq legioneri “Şamaxı”da
-
21:54
Füzuli Məmmədovun komandasından növbəti darmadağın
-
21:15
“Qəbələ” qələbəni əldən verdi
-
20:21
"Araz-Naxçıvan" "Şəfa"ya uduzdu
-
19:42
"Turan Tovuz" qələbə qazandı
-
18:39
“Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
-
18:00
Neymarın büstü qoyulub
-
17:16
Marko Yankoviç: “Kədərlənməyə vaxtımız yoxdur”
-
16:53
Üzgüçülük Federasiyasında yeniyetmə idmançılarla görüş keçirilib
03.08.2026
02.08.2026
01.08.2026
31.07.2026
























