3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

“Bizim kubokun finalının açılış mərasimi Superkubokdakından ən azı 3 dəfə yaxşı keçirilir”

“Yetərincə bol qollu oyun oldu. Bütün futbol azarkeşləri belə deyir ki, oyunun gözəlliyi qoldur. Bu bütün qarşılaşmalarda belədir. İndi təsəvvür edin, bir oyunda 9 qol varsa, hər şey göz qabağındadır. Maraqlı və gözəgəlimli oyun idi. Məndə isə heç bir həyəcan olmadı, tamaşaya baxan kimi baxdım. Sadəcə olaraq, afişası maraqlı idi və biz də gedib, baxdıq. Qeyri-adi heç nə yox idi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri korner.az saytına müsahibəsində Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.

PFL rəsmisi Tiflisdə keçirilən UEFA Superkuboku uğrunda görüşün açılış mərasimində qeyri-adi heç nə görmədiyini bildirib: “Mən, ümumiyyətlə, bütün oyunlarda, böyük tədbirlərdə olanda müəyyən qeydlər aparıram. Hansı ki, bizim işimizə yaraya bilər. Burda təkcə oyuna yox, açılış mərasimindən tutmuş, medalların təqdim olunmasına qədər hər şeyi izlədim və özümə lazım olan qeydləri apardım. Təkcə bu oyunda yox, getdiyim bütün seminarlarda bu məsələni diqqətdə saxlayıram. Mən orda olduğum müddətdə, Superkubokun təşkilində elə bir yenilik görmədim.Tam səmimi deyirəm, bizim kubokun finalının açılış mərasimi ondan ən azı 3 dəfə yaxşı keçirilir (gülür.) Açılış mərasimi həddindən artıq sadə idi. Fərqli bir şey görmədim”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31