7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Bu mərhələdə zəif rəqib olmur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının play-off mərhələsi çərçivəsində qarşılaşacaqları “Yanq Boyz” barəsində fikirlərini paylaşıb. Futbolxeber.az-ın Ağdam klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis deyib: “Avrokubokun bu mərhələsində zəif rəqib olmur. Püşkatmadan sonra “Yanq Boyz” haqda kiçik araşdırma apardım. Maraqlı komandadı. Zəngin Avropa təcrübəsinə malikdilər. Həmçinin, avrokuboklarda yaxşı nəticələri var. Ümumiyyətlə, püşkatmadan sonra rəqib barədə konkret fikir səsləndirmək çətindi. Rəqibin oyununu canlı görməmiş dəyərləndirmək çətin olur. Məncə, ilk qarşılaşmadan sonra onlar barədə hərtərəfli məlumatımız olacaq. Yəni rəqibi canlı görmək başqadı. Onun əsl gücünü onda görürsən.Bizi qarşıda “Qəbələ” ilə çətin çempionat oyun gözləyir. Həmçinin “Seltik”lə görüşü də hələ tam yaddan çıxarmamışıq. Yəni indidən yalnız “Yanq Boyz” haqda düşünmək doğru olmaz. Hazırda bütün diqqətimizi “Qəbələ” ilə matça yönəltmişik”.

 

 

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30