Ölkə futbolu
“Apollon”u yaxından tanıyaq
“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, buna II təsnifat mərhələsinin Litvada keçirilən “Trakai” (Litva) - “Apollon” (Kipr) oyunu aydınlıq gətirib. Rəqibini doğma Limasolda deyil, Larnakada qəbul edən “Apollon” ilk oyunda 4:0 hesabı ilə qalib gəlib. Kiprlilər səfərdə qolsuz heç-heçə ilə kifayətlənərək, “Qəbələ”yə rəqib olub.
Portuqaliyalı baş məşqçi Pedro Emmanuelin çalışdırdığı komanda ilə ilk oyununu “qırmızı-qaralar” ev sahibi kimi keçirəcək. Bu matç iyulun 30-da baş tutacaq. Avqustun 6-dakı cavab oyununda meydan sahibi isə kiprlilər olacaq.
1954-cü ildə yaranan bu komanda Limasol şəhərini təmsil edir. “Apollon” ev oyunlarını 13331 tamaşaçı tutumuna malik “Sirion stadium”da keçirir. Komandanın loqosundan da klubun adını daşıdığı Apollonun şəkli əks olunub. Klubun rəngləri isə Yunanıstan bayrağında əks olunan göy və ağdır. 1990/91, 1993/94 və 2005/06 mövsümlərində Kipr çempionu olan “Apollon” kubokda daha uğurlu çıxış edib. Limasollular 7 dəfə - 1965/66, 1966/67, 1985/86, 1991/92, 2000/01, 2009/10 və 2012/13 mövsümlərində ölkə kubokuna yiyələnib. 2006-cı ildə isə Kipr Superkuboku “Apollon”a nəsib olub. Bundan başqa, komanda 4 dəfə çempionatın gümüş medalını əldə edib, 7 dəfə kubokun finalında yenilib.
Avrokuboklarda 1986/87 mövsümündə debüt edən komanda ilk dəfə 1990/91 mövsümündə mərhələ adlayıb. 1996-cı ildə İntertoto kubokunda qrupa yüksələn “Apollon”un əsas uğurları son illərə təsadüf edib. Ardıcıl 2 dəfə Avropa Liqasının qrupunda oynayan komanda 2013/14 mövsümündə Fransa “Nitsa”sı, 2014/15 mövsümündə Rusiya “Lokomotiv”ini pley-offda məğlub edərək, qrupa düşüb. İlk cəhddə 4 xalla 3-cü olan Limasol klubu ötən il 3 xalla 4-cü olub. “Apollon” 2014/15 mövsümündə Kipr çempionatının bürünc mükafatını qazanıb. Rəqibimiz çempion adını qazanan APOEL-dən 3 xal geri qalıb, yalnız əlavə göstəricilərdə gümüş qazana bilməyib.
gabalafc.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:53
"Şamaxı"dan möhtəşəm geridönüş: "Şəfa"nı meydandan sildilər
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
16:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
-
15:13
Azərbaycan komandası TeamGym üzrə Avropa çempionatında finala vəsiqə qazanıb
-
14:48
U-23 minifutbol millimiz dünya çempionatının pley-offunda
-
14:32
İtaliya klubunda yeni baş məşqçi
-
13:54
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək
-
13:00
Futzal millimizin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
-
12:47
Azərbaycan klubu braziliyalı legionerlə güclənib
-
12:25
Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edəcək
-
11:56
"Qarabağ" "Neftçi" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:31
Azərbaycan kayakçı və kanoeçiləri beynəlxalq yarışda 4 medal qazanıblar
-
11:09
“Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
-
10:43
"Mançester Siti" - PSJ matçında 6 qol VİDEO
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Aston Villa" "Fənərbaxça"nı darmadağın etdi VİDEO
-
09:52
DÇ: Günay Qurbanova finalda, Ruslan Nurullayev bürünc medal qazanıb
16.10.2026
15.10.2026
























