24 Aprel 2026, Cümə
“Səbail” darmadağınla ikinci pillədə
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi
“Qarabağ” rəsmiləri UEFA Forumunda
Kubokda ilk finalçı müəyyənləşdi

Ölkə futbolu

Tarixi oyunun hakimi Bakıya gəlir

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Lüksemburq görüşünün hakimin müəyyənləşdiyi haqda xəbər vermişdik. Matçı Mihay Fabian idarə edəcək.

Futboxleber.az-ın məlumatına görə, 1980-cı ildə anadan olan Fabian 2007-ci ildən FİFA referisi adını daşıyır. Macar referi UEFA-nın ikinci kateqoriyalı hakimləri arasına daxildir.

Mihaly Fabianla bağlı  ən maraqlı fakt Azərbaycan futbolu tarixində xüsusi yeri olan görüşü idarə etməsidir. Söhbət 2009-cu ilin 23 iyulunda Bakıda baş tutan “Qarabağ” - “Rusenborq” matçında gedir. Ağdamlıların möhtəşəm qələbəsi ilə yekunlaşan həmin matçı məhz macarıstanlı hakim idarə edib. Həmin matçda "Qarabağ"dan yalnız Elvin Məmmədova sarı vərəqə verən macar referi rəqibin 5 futbolçusunu cəzalandırıb.

Bu, Fabianın təmsilçilərimizin iştirakı ilə idarə etdiyi ilk matç deyil. Belə ki, macar referi 2007-ci ildə U-21-lər arasında keçirilən Yunanıstan - Azərbaycan (4:1), eləcə də ötən il Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan "İnter" - "Asteras" (1:1) matçlarında ədaləti qoruyub. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30