21 Oktyabr 2026, Çərşənbə
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Ölkə futbolu

“Qəbələ”nin mütəxəssislərinə sertifikatlar təqdim olunub

“Qəbələ” İdman Klubu tərəfindən futbol meydançalarının ot örtüyü üzrə mütəxəssisləri üçün təşkil olunan kursları bitirənlərə sertifikatlar təqdim olunub. Futbolxeber.az-ın məlumatına görə, Qəbələdə təşkil olunan tədbirdə klubun futbol direktoru Toni Adams, Futbol Akademiyasının direktor müavini Nail Kərimov və ingiltərəli mütəxəssis, artıq uzun müddətdir “Qəbələ”də fəaliyyət göstərən Filip Şarples iştirak edib. Onlar çıxış edərək kursların əhəmiyyətindən, klubda bu sahəyə diqqətdən danışıblar. Adams və Şarples kursları bitirənlərə işlərində uğurlar arzulayıb. Şarples bu layihənin gerçəkləşməsində Adamsın rolunu vurğulayıb.

Sonra 1 il 3 ay davam edən kursları başa vurub, imtahanları uğurla yekunlaşdıranlara İngiltərədəki Ot Örtüyü üzrə Mütəxəssislər İnstitutunun (Institute of Groundsmanship) xüsusi sertifikatları təqdim olunub. Tədbir iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31