21 Iyun 2026, Bazar günü
Bədavi daha bir 1 il “Qarabağ”da
“Zirə”dən yeni qapıçı transferi
“Neftçi”dən yarımmüdafiəçi transferi
"Zirə"də gözlənilməz ayrılıq

Ölkə futbolu

Syomin “Qəbələ”yə 2 məşqçi gətirir

“Qəbələ” futbol klubunun yeni baş məşqçisi Yuri Syomin özü ilə 2 köməkçi-məşqçi gətirəcək. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.

Nəcəfov bildirib ki, rusiyalı mütəxəssis köməkçilərini özü müəyyənləşdirəcək. Eyni zamanda, Syomin fiziki hazırlıq üzrə məşqçi də istəyib. Daha 2 köməkçi isə yerli mütəxəssis olacaq. Vitse-prezidentin sözlərinə görə, onlardan biri qapıçılarla işləyən məşqçi Vüqar Məmmədov ola bilər: “Komandamızda indiyədək çıxış etmiş qapıçılardan heç biri Məmmədovdan narazı qalmayıb. Syominə də onun namizədliyini verəcəyik”.
Qeyd edək ki, Yuri Syominlə rəsmi müqavilə mayın 22-də bağlanacaq. 66 yaşlı mütəxəssisin təqdimat mərasimi isə mayın 29-da baş tutacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30