25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

İaşvili: “Qəbələyə müdafiədə oturmaq üçün yollanmayacağıq”

“Çox çətin oyun oldu. “Qəbələ” yaxşı komandadır. Heyətlərində yaxşı futbolçular var”. Futbolxeber.az-ın Tiflisə ezam olunmuş əməkdaşına verdiyi açıqlamada bu sözləri Tiflis “Dinamo”sunun hücumçusu Aleksandr İaşvili deyib.

Daha əvvəl ölkəmizdə “İnter”in formasını geyən gürcü futbolçu indiki “Qəbələ”nin daha güclü olduğunu düşünür: “Qələbə qazanmaq çox xoşdur. Daha əvvəllər də bu komandaya qarşı oynamışam. Amma ndiki “Qəbələ” daha yaxşı oynayır. Bu gün də pis təsr bağışlamadılar”.

İaşvili cavab oyunu haqda bunları söyləyib: “Qarşıda bizi ağır oyun gözləyir. Çox maraqlı görüş baş tutacaq. Amma biz Qəbələyə müdafiədə oturmaq üçün yollanmayacağıq. Orada da öz futbolumuzu göstərəcəyik. Səfərdə qorxaq futbol oynasaq, uduzarıq”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31