14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

“Qəbələ”nin yeni transferi danışdı

“Qəbələ"yə gəldiyimə görə çox şadam. İnanıram ki, yeni komandamda inkişaf edəcək və onun hədəflərinə çatmasında yardımçı olacağam. "Qəbələ" gələcək üçün böyük planları olan, yaxşı təşkilatlanmış komandadır. Mən də bir futbolçu kimi yerimdə saymağı xoşlamıram. Birlikdə uğurlar qazanacağımıza inamım böyükdür". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin yeni futbolçusu Vitali Vernidub gabalafc.az-a açıqlamasında deyib. Ukraynalı müdafiəçi "qırmızı-qaralar"ı seçməsində baş məşqçi Roman Qriqorçukun böyük rol oynadığını bildirib. Vernidub qarşıda "Qəbələ"ni gözləyən Avroliqa sınağı barədə fikirlərini də açıqlayıb: "Qəbələnin kiçik, amma çox gözəl şəhər olduğunu bilirəm. Orda hər cür şəraitə malik bazanın yaradıldığından xəbərdaram. "Qəbələ"ni seçməkdə baş məşqçi Roman Qriqorçukun böyük rolu oldu. Daha öncə Zaparojye "Metallurq"unda yollarımız kəsişmişdi. Bir müddət onun rəhbərliyi altında çıxış etmişəm və onun bir məşqçi kimi gücünə bələdəm. Komandada ukraynalı futbolçuların da olması kollektivə tez uyğunlaşmağıma yardımçı olacaq. Qarşıda bizi Avropa Liqası sınağı gözləyir. Əgər söhbət Avropa miqyaslı turnirdən gedirsə, deməli oyunlar çox məsuliyyətli və çətin olacaq. Bunu kollektiv olaraq yaxşı başa düşürük. Gücümüzü bir yerə qoyub səylə məşq edirik ki, sözügedən turnirdə mümkün qədər irəli gedək. Azarkeşlərimizin də bu yolda bizə dəstək olacağına inanıram”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31