6 Iyun 2025, Cümə
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı

Ölkə futbolu

Robert Prosineçki: “Müsbət nəticəyə ümid edirəm”

“Bilirsiz ki, komanda 8 gündür tam heyətlə hazırlaşır. Bununla belə, hazırlıqdan razıyam. Rəqibə hörmətlə yanaşırıq Komandadakı əhval-ruhiyyəni nəzərə alaraq, müsbət nəticəyə ümid edirəm və bunun üçün mübarizə aparacağıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Osloda Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək qarşılaşmadan öncə mətbuat konfransı keçirən xorvat mütəxəssis sabahkı matçda səhvə yol verməyəcəklərinə inandığını bildirib: “Norveç yığması atletik baxımdan güclüdür. Lakin biz konsentrasiyamızı itirməsək, səhvə yol verməyəcəyik. Serbiya ilə oyundakı çıxışımızdan razı qaldım. Həmin görüşün birinci hissəsində sərgilədiyimiz oyunu sabah da göstərməyə çalışacağıq”.

Prosineçki son 2 oyunda qol vuran Dmitri Nazarov haqda da fikirlərini açıqlayıb: “O, son oyunlarda qollar vurub. Malta ilə matçda sonradan meydana daxil olub, fərqləndi. Serbiya ilə oyunda da qol vurdu. “Karlsrue”dəki son 2 oyununu izlədim. Ümid edirəm ki, sabah da şansı olacaq. Amma əsas kimin qol vurması önəmli deyil”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30