2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

“İnter”: 1714 günlük həsrətə son

“İnter” klubu “Qarabağ”la oyunlardakı uğursuz seriyaya son qoyub. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XXXV turunda 2:1 hesablı ev qələbəsi qazanan paytaxt təmsilçisi bunadək 18 oyun idi rəqibinə qalib gələ bilmirdi. 2010-cu il sentyabrın 11-də öz meydanında 1:0 hesabı ilə qələbə qazanan “İnter” 2011/12, 2012/13 və 2013/14 mövsümlərində ağdamlıları məğlub edə bilməmişdi. Bu müddətdə 8 heç-heçə edən “İnter” 10 dəfə uduzmuşdu. 5 ilə yaxın qələbəyə həsrət qalan Kaxaber Sxadadzenin yetirmələri 1714 gündən sonra “Qarabağ”a qalib gəlib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində eyni rəqiblə oyunlardakı ən uzun qələbə həsrəti MOİK-ə məxsusdur. Paytaxt təmsilçisi keçirdiyi bütün oyunlarda - ardıcıl 22 qarşılaşmada “Kəpəz”ə qalib gələ bilməyib.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31