Ölkə futbolu
"I divizionda oynayıb-oynamayacağı haqda sualı "Bakı" rəhbərliyinə ünvanlayın"
AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi
- AFFA-nın Lizenziyalaşdırma komissiyasının verdiyi son qərar narazılıqla qarşılandı. Xüsusilə ilk iki yerdə qərarlaşan “Neftçala” və “Rəvan”a lizenziyanın verilməməsi məsələsi daha çox müzakirə olunur. Belə qərarın verilməsi hansı zərurətdən irəli gəldi?
- Lisenziyalaşdırma prosesi mövsümü əhatə edən uzun bir prosesdir. 2014-cü ilin oktyabr ayında Lisenziyalaşdırma Qrupu Premyer Liqa və I Divizionun bütün klublarını AFFA-ya dəvət edərək yeni qaydaları təqdim edib və bununla bağlı ətraflı məlumat verib. Bundan əlavə, 2014-cü ildə bütün klublar üçün yerlərdə treninqlər təşkil edilib, klubların sənədləri müzakirə olunub və müvafiq tövsiyələr verilib. “Neftçala” və “Rəvan” klubları da öz növbəsində 2015-16-cı il mövsümündə Premyer Liqada çıxış etmək üçün ərizə ilə müraciət edib. Sənədlərin təqdim olunması üçün təyin olunmuş vaxtda klublarla dəfələrlə əlaqə saxlanılıb və xahiş olunub ki, tələb edilən sənədlər təqdim olunsun. Lakin qaydalarda müəyyənləşən son tarixlərədək qeyd olunmuş klublar tələb olunan sənədləri təqdim etməyib və Lisenziya Komissiyası tərəfindən müvafiq qərarlar çıxarılıb.
Təbii ki, qərarın ictimaiyyət tərəfindən birmənalı qarşılanmayağı əvvəlcədən gözlənilirdi və biz də idman prinsiplərinə uyğun olaraq yüksək yerlərə sahib çıxmış klubları Premyer Liqada görmək istərdik. Lakin klublar tərəfindən Lisenziyalaşdırma prosesinə göstərilmiş məsuliyyətsizlik buna imkan vermədi. Xüsusən qeyd etmək istərdim ki, I divizion klubları arasında elə də kəskin fərq yoxdur və Qaydalarda göstərilmiş bütün tələblər həqiqətən Premyer Liqada oynamaq iddiası olan klub tərəfindən asanlıqla olmasa da, yerinə yetirilə bilər.
“Neftçala” klubunun baş məşqçisi Kamal Quliyev son günlər ərzində bir neçə açıqlama verib və onun reaksiyası başadüşüləndir. Kamal müəllim hörmətli mütəxəssisdir, nadir futbolçulardan idi ki, karyerası ərzində ölkəmizi xaricdə layiqincə təmsil edib, milli komandamızın şərəfini qoruyub. Məşqçi kimi də qısa vaxt ərzində özünü sübut etməyi bacarıb. Onun qərara reaksiyası təbiidir, çünki məşqçi kimi ondan asılı olan hər şeyi edib və yüksək nəticəni qazanıb. Hər bir insan çəkdiyi zəhmətin bəhrəsini görmək istəyir. Lakin klubda lisenziyalaşdırma məsələləri ilə məşğul olan şəxslərin məsuliyyətsizliyi bu cür nəticəyə gətirib çıxarıb. Lisenziyanın alınması komandanın nəticələrinə deyil, klub tərəfindən təqdim olunmuş sənədlərə əsaslanır.
UEFA 2004-cü ildən lisenziyalaşdırma qaydaları tətbiq edib və bu qaydaların riayət olunmasına çox həssas yanaşır, bütün federasiyaları ciddi nəzarətdə saxlayır. Təkcə onu qeyd etmək kifayətdir ki, son 11 (2004-2015) mövsümdə Avropada 50 klub idman nəticələrinə əsasən UEFA-nın klub yarışlarında iştirak etməli olduğu halda, lisenziya ala bilmədiklərinə görə bu hüquqdan məhrum olublar. Həmin siyahıda PAOK, CSKA Sofia, “Portsmut”, “Beşiktaş”, “Qlazqo Reyncers”, “Malaqa” və “Parma” kimi böyük klubların adları var. Yəni qaydalar hamı üçündür və onlara riayət olunmalıdır.
Bizim praktikadan isə başqa bir misal çəkmək olar. 2005-06-cı il mövsümünün sonunda Azərbaycan çempionatının turnir cədvəlində elə vəziyyət yaranmışdı ki, “Bakı” klubu çempion, “Karvan” ikinci yerin sahibi və kubokun finalçısı, “Qarabağ” (çempionatda 5-ci yer) isə kubokun sahibi kimi Azərbaycanı Avropada təmsil edirdi. Sonuncu vəsiqə isə İntertoto kubokunda çıxış etmək üçün 3-cü yerin sahibi “Neftçi”yə verilməli idi, lakin “Neftçi” iştirakdan imtina etdi. “Neftçi” ilə barəbər, lisenziyanı almış “İnter” (4-cü yer) və “Xəzər Lənkəran” (7-ci yer) turnirdə iştirak etməyəcəyini bildirdi. “Turan” (6-cı yer) və “Şahdağ” (8-ci yer) klubları isə lisenziya ala bilməmişdi. Nəticədə, 9-cu yeri tutmuş “MKT-Araz” ölkəmizi Avropada təmsil etdi və çıxışına görə UEFA tərəfindən müəyyən maliyyə vəsaiti əldə etmiş oldu. Hətta “Şahdağ” klubunun nümayəndələri o vaxt təəssüflə bildirmişdi ki, bilsəydik ki, belə vəziyyət yaranacaq, lisenziyalaşdırma ilə daha ciddi məşğul olardıq və həmin vəsiqəni biz əldə edərdik. Yəni lisenziyalaşdırma prosesinin mahiyyəti budur və idman nəticələri ilə bərabər klublar tərəfindən ciddi nəzərə alınmalıdır.
- “Neftçala” klubunun apellyasiya şikayəti veribmi? Əgər veribsə, şikayətin təmin olunması nə dəcərəcə realdır?
- Öncə bir məqama toxunmaq istərdim. Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarların detalları AFFA tərəfindən açıqlanmadığı üçün icitmaiyyət tərəfindən birmənalı qarşılanmadı. UEFA tərəfindən təyin olunmuş qayda var ki, Lisenziya Komissiyasının qərarı ictimaiyyətə yalnız ümumi formada açıqlana bilər. Yəni yalnız UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən və lisenziyanı almış klubların adları ictimaiyyətə açıqlanmalıdır. Lakin eyni zamanda rəsmi qərar kluba göndərilir və qərarda lisenziyanın verilməməsinin səbəbləri izah olunur.
Bu prosedura əməl olunmasının səbəbləri var. Bildiyiniz kimi, Avropada kifayət qədər klub səhmdar cəmiyyəti kimi fəaliyyət göstərir. Məsələn, klub lisenziya almasa və federasiya tərəfindən səbəb açıqlansa ki, klubun maliyyə vəziyyəti kritikdir, bu, avtomatik olaraq klub səhmlərinin qiymətinə ciddi təsir edə bilər, həmçinin yeni sponsorların cəlb olunmasında kluba çətinlik yaradar. Və ya klub vaxtında futbolçunun əmək haqqını ödəməsə, lisenziyadan məhrum ola bilər. Əgər bu səbəb ictimaiyyətə açıqlanarsa, o zaman klubun imici ciddi zərbə alacaq və gələcəkdə yüksək səviyyəli futbolçular bu klubla müqavilə imzalamaq məsələsinə şübhə ilə yanaşa bilər. Yəni bəzi hallarda lisenziyanın verilməməsinin səbəblərinin ictimaiyyətə açıqlanması kluba ciddi zərbə vura bilər, hətta gələcək fəaliyyəti belə sual altına düşə bilər. UEFA bu cür məqamları nəzərə alaraq, qeyd olunmuş məxfilik qaydasını tətbiq edir. Qərar kluba göndəriləndən sonra isə klub iki variantdan birinin seçimində sərbəstdir; qərarı ictimailəşdirə də, mətbuata şərh verməkdən imtina da edə bilər.
Bizim halda isə deyərdim ki, bir az qəribə vəziyyət yaranıb. AFFA klublar tərəfindən lisenziyanın verilməməsinin səbəbini açıqlamır ki, onların imicinə zərbə dəyməsin. Lakin klublar tərəfdən mətbuatda həqiqəti əks etdirməyən məlumatlar, AFFA-ya qarşı ittihamlar səslənir. Məxfilik qaydası onun üçün nəzərdə tutulmayıb ki, klub istədiyini deyib, AFFA-nın imicinə zərər gətirsin. Gələcək üçün xəbərdarlıq etmək istərdik ki, klub tərəfindən yanlış məlumat verildiyi zaman imicini qorumaq məqsədilə AFFA-nın ixtiyarı var ki, klubun sənədlərində mövcud olan çatışmazlıqları ictimaiyyətə açıqlasın.
Bütün qaydalardan öncə etik normalara riayət olunması çox vacibdir. Mən klub nümayəndələrindən bir daha xahiş edirəm ki, açıqlama verdikləri zaman məsuliyyət hiss etsinlər və səmimi olsunlar. Xüsusən futbolda tanınmış insanlar nəzərə almalıdır ki, onlar müəyyən nüfuza malikdir və ictimaiyyətdə rəy formalaşdırırlar. Öz klubunun imicini qorumaq olar, lakin etik normalar çərçivəsində. Ümid edirəm ki, gələn mövsümdə klublarımız Lisenziyalaşdırma prosesinə daha ciddi yanaşacaqlar və xoşagələməz hallar bir daha təkrarlanmayacaq.
O ki qaldı “Neftçala” klubu tərəfindən apellyasiya şikayəti verilməsi ilə bağlı suala, belə bir müraciət olmayıb. Apellyasiya şikayəti üçün nəzərdə tutulmuş son gün yalnız “Bakı” klubu müraciət edib, lakin onların müraciəti müvafiq qaydada əsaslandırılmadığı və zəruri sənədlərlə müşayiət olunmadığı üçün məsələyə baxılmayıb. Bu isə qəbul olunmuş qərarların ədalətli olmasının birbaşa sübutudur.
- AFFA “Kəpəz”ə də lizenziya verdi. Belə demək olarmı ki, klubun sponsorla bağlı problemi yaxın vaxtlarda həll olunacağı üçün federasiya belə qərar çıxarıb?
- Lisenziya Komissiyasının qərarı klub tərəfindən təqdim olunmuş sənədlərə əsaslanıb. Təqdim olunmuş maliyyə hesabatı müstəqil auditor tərəfindən təsdiq olunub. Həmin hesabatdakı məlumatlar onu göstərir ki, klubun fəaliyyəti lisenziyalaşdırma qaydalarına uyğundur. Yəni 2014-cü maliyyə ili üzrə klubun öz əməkdaşlarına, sosial müdafiə və vergi orqanlarına heç bir borcu yoxdur. Premyer Liqa yarışlarında istirak etmək hüququnu verən lisenziyanın alınması üçün müraciət etmiş “Kəpəz” klubuna lisenziyanın verilməməsi üçün səbəb yox idi.
O ki qaldı yeni sponsora, heç kimə sirr deyil ki, Premyer Liqada çıxış etmək üçün kifayət qədər vəsait tələb olunur. Klub öz tərəfindən sponsorlarla danışıqlar aparır. Biz də AFFA olaraq kluba sponsorun axtarışında kömək etməyə çalışacağıq.
- Lizenziyalaşdırma komissiyası “Bakı” klubuna lizenziya vermədi. Bu klubu növbəti mövsümdə, heç olmasa, birinci divizionda görə biləcəyikmi, yoxsa mövsüm yekunlaşanda artıq “Bakı” rəsmən faəliyyətini başa vuracaq?
- Bildiyiniz kimi, keçən mövsümdən etibarən “Bakı”nın maliyyə problemləri var. Bu problemlər kluba imkan vermədi ki, qaydalarda əks olunmuş tələbləri yerinə yetirsin və Premyer Liqa üçün lisenziya alsın. I divizionda çıxış etmək üçün lisenziya alınması tələb olunmur, ona görə bu məsələdə seçim klubun olacaq. Bu sualın klubun rəhbərliyinə ünvanlanması daha məqsədəuyğun olardı.
- AFFA 2020-ci ildə Avropa çempionatının bir qrupunun üç oyununa, həmçinin 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunun artıq hazır vəziyyətə gətirildiyini nəzərə alsaq, AFFA yaxın illərdə klublar səviyyəsində də mötəbər oyunu qəbul etmək üçün UEFA-ya namizədliyini irəli sürmək barədə düşünürmü? Konkret olaraq, Çempionlar Liqası, Avropa Liqası və ya UEFA superkubokunun finalını qəbul etmək federasiyanın planlarında varmı?
- Avropa Oyunları kimi böyük bir tədbirə ev sahibliyi etmək çox məsuliyyətli bir işdir. Əminəm ki, bu mötəbər idman tədbiri yüksək səviyyədə keçiriləcək. Gələcəkdə isə futbolda da böyük layihələrdə yer alıb uğur qazanacağımıza inanırıq.
- Bir müddət əvvəl AFFA-nın Rusiyanın “Zenit” klubundan oynayan Ramil Şeydayevlə danışıqları bərpa etməsi haqda məlumatlar yayılıb. Danışıqların gedişatı haqda nə deyə bilərsiniz?
- Son 2 il ərzində Ramil Şeydayevlə danışıqlar aparılır. Onun atası ilə də görüşüb bunu müzakirə etmişik. Bildiyiniz kimi, artıq yeni mərhələyə start verilib və onu da qeyd etmək istəyirəm ki, Ramil Şeydayev üçün təklifimiz hər zaman qüvvədədir.
- Rusiyada oynayan digər soydaşımız Emin Mahmudovun Rusiya millisinə dəvət alması ehtimalı günbəgün azalır. Belə olan halda AFFA yenidən Eminlə danışıqları davam etdirəcəkmi? Və yaxud əgər etdirirsə, danışıqlarda müsbət nəticələr əldə olunubmu?
- Emin Mahmudovla danışıqlarımız davam edir. Hansi komandada oynayacagına futbolçular özləri qərar verir. Lakin bu qərarı verərkən unutmasınlar ki, onlar azərbaycanlıdırlar.
- İyunun 12-də millimiz Osloda Norveç millisi ilə qarşılaşacaq. AFFA rəhbərliyi bu oyun üçün baş məşqçi Robert Prosineçkinin qarşısında hansısa tələb qoyubmu?
- Tələbimiz və istəyimiz yalniz millimizin qalib gəlməsidir. Bunun üçün baş məşqçi Robert Prosineçkinin əlindən gələni edəcəyinə inanırıq.
- Prosineçkinin milliyə “Neftçi”dən futbolçu dəvət etməməsi (müsahibə millinin bu gün heyəti açıqlanmazdan əvvəl götürülüb – red.) barədə qərarına sizin münasibətiniz necədir?
- Hər bir baş məşqçi öz taktikasına və komandasının heyətinə uyğun olaraq ən düzgün seçim etməyə çalışır. Prosineçkinin də bu qərarına hörmətlə yanaşıram.
Mənbə: Qol.az
< br/>
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
- Adıgözəlov ofsaytda qaldı: Qasımov Moskvada Berezutski ilə razılıq əldə edib - EKSKLÜZİV
- FIFA prezidenti COP29-da iştirak üçün Bakıya gəldi – Elxan Məmmədovun müşayiəti ilə
- Kölgədən qorxanlar
- İsgəndər Cavadovdan Balaşiki Qasımova cavab: “Biz heç vaxt futbola rəhbərlik etməmişik”
- “Zirə”nin debütantı: “Araz-Naxçıvan” mənim üçün prinsipial rəqibdir”
- Riad Rəfiyev “Barselona”nın prezidenti ilə görüşdü
- Veteranlar İttifaqının sədrindən Balakişi Qasımova cavab: “Şərait yaradılmalıdır”
- Fernandu Santuşun yalanları...
- “Neftçi” bu gün meydana Zəfər Günü ilə əlaqədar xüsusi hazırlanmış formada çıxacaq
- Fatih Terim “Qarabağ”ın bazasında
- Mərdəkanda “çöl-biyaban”dı, Masazırda “güllük-çiçəklik”?
- Millət vəkili: “De Byazi Santuşdan daha yaxşı məşqçi idi”
- Ponomaryov Berezutskinin təyinatı barədə: “Bunun xeyri yoxdur, boş vaxt itkisi...”
- Bəhlul Mustafazadə: “Bacarmadıq, deyə biləcəyim çox şey yoxdur”
-
19:29
Elmar Baxşıyevdən qələbə şərhi
-
19:15
"Səbail" 1/4 finalda VİDEO
-
19:10
“Səbail” və “Araz-Naxçıvan” 1/4 finalda, Tovuzda qarşılıqlı qollar (YENİLƏNİR)
-
18:52
“Turan Tovuz”un futbolçusunun ayağı qırıldı
-
18:23
Yüksək Liqada yeni mövsüm start götürdü
-
17:46
Premyer Liqamızda noyabrın ən gözəl 5 qolu VİDEO
-
17:07
İtaliyada mövsümün ən yaxşı məşqçisi müəyyənləşdi
-
16:38
Azərbaycanı Daşkənddəki beynəlxalq yarışda 11 gimnast təmsil edəcək
-
16:11
"Sərhədçi" onunla vidalaşdı
-
15:54
"Karvan"ın baş məşqçisindən etiraz: "Bizi əzdilər, komandamızın belini qırdılar
-
15:22
AMADA Azərbaycanı Londonda keçirilən "workshop"da təmsil edib FOTOLENT
-
15:00
Bakı klubu latviyalı hücumçu ilə yollarını ayırıb
-
14:35
Bədii gimnastika üzrə XXIX Bakı çempionatı və birinciliyi keçiriləcək
-
14:19
Azərbaycan Triatlon Federasiyası testlər təşkil edib
-
13:43
AFFA 4 klubu cərimələdi
-
13:27
Azərbaycan çempionatında qalmaqal: Hakimlər və Sxadadze hədələnib
-
13:06
Azərbaycan Basketbol Liqasının oyunları iki telekanalda yayımlanacaq
-
12:44
“Sərhədçi” serbiyalı ilə gücləndi
-
12:31
Millimizin baş məşqçisi: "Futbolçularımız hücumda rusiyalı müdafiəçilərə problemlər yaradırdılar"
-
11:55
UEFA "Qarabağ"ı böyük məbləğdə cərimələdi
-
11:28
"Beşiktaş" yenə xal itirdi VİDEO
-
11:12
“Zirə”nin müdafiəçisi: “Osihmenə qarşı oynamaq mənim üçün çətin olmadı”
-
11:00
"Fənərbaxça" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:49
“Qarabağ”ın rəqibindən səfər qələbəsi
-
10:36
"Atalanta" "Roma"ya qalib gəldi VİDEO
-
10:24
Vüsal ehtiyatda qaldı
-
10:02
Novxanıda Vüqar Həşimovun valideynlərinin evində partlayış olub
-
09:47
Rahil Məmmədovun komandası səfərdə xalsız qaldı
-
19:22
ETOPAZ-da inanılmaz uduşlu kupon!
-
18:51
Önder Karaveli "Qarabağ"ı ziyarət edib
-
18:17
"Neftçi" heyətini amerikalı ilə gücləndirib
-
17:39
"Neftçi" üçün seminar
-
17:00
PFL “Ayın qolu” müsabiqəsi ilə bağlı dəyişiklik etdi
-
16:45
Redon Cica “Qarabağ”dan ayrılır?
-
16:14
Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçiriləcək
-
15:38
AFFA “Göygöl”ün futbolçusunu 3 oyunluq cəzalandırıb
-
15:22
Millimiz Kiprə də məğlub oldu
-
14:53
Kapitan: “Deməzdim ki, “Turan Tovuz” enişdədir”
-
14:01
Azərbaycanın futzal klublarına yeni toplar hədiyyə edilib
-
13:17
"Qarabağ"ın rəqibi çempion oldu
-
12:56
Azərbaycan Kuboku: 1/8 finalın hakimləri açıqlandı
-
12:23
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru təyinat alıb
-
11:45
"Liverpul" "Mançester Siti"yə belə qalib gəldi VİDEO
-
11:18
Milli Gimnastika Arenasında “Safeguarding” seminarı təşkil edilib
-
10:54
Hüseynovun komandasından heç-heçə
-
10:39
"Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş rekordu qeydə alınıb
-
10:21
"Araz-Naxçıvan" yubiley qələbəsi
-
10:02
“Neftçi” 20-ci dəfə böyük hesabla məğlub olub
-
09:47
Volkov 50-yə çatdı
-
09:30
Berezutski Azərbaycan çempionatı tarixində 65-ci legioner baş məşqçi olub