Ölkə futbolu
"Qarabağ" üçün "sınan ayaq"
Ölkə futbolunun azarkeş sarıdan qıtlıq çəkdiyi bir vaxtda stadionlara gələn fanatların xoşagəlməz durumla qarşılaşması ürəkaçan mənzərə deyil. Azarkeşlərin həbsi, xəsarət alması onların növbəti dəfə stadiona gəlib, sevimli komandalarını dəstəkləyib-dəstəkləməyəcəyinə dair sual yaradır.
Belə xoş olmayan növbəti hadisəyə Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində baş tutan “Qarabağ” - “Sumqayıt” matçı bitəndən sonra şahidlik etdik. Qurban Qurbanovun yetirmələrinin ardıcıl ikinci mövsümdə çempionluğunu qeyd etməsi bir neçə azarkeşə baha başa gəldi.
Sevimli komandalarının çempionluğunu stadionda qeyd etmək üçün meydançaya axışan azarkeşlər daha sonra polis müqaviməti ilə üzləşdi. Polis bölmələrinə aparılanlar da oldu, xəsarət alanlar da, xəstəxanaya çatdırılanlar da. Onlar arasında komandasının çempionluğu uğrunda cəfa çəkən “İmarət” azad azarkeş qrupunun üzvləri də vardı. Beləcə, çempion olan futbolçular evə, 4 azarkeş polis bölməsinə, biri isə xəstaxanaya getdi.
Alqışlanılası hal odu ki, gecə boyu çətin duruma düşən "imarət"çiləri azarkeş dostları tək qoymadı. İnzibati Xətalar Məcəlləsinin 310-cu, yəni, polisin qanuni tələbinə tabe olmama maddəsi ilə təqsirli bilinib, bölməyə aparılan azarkeşlərə kəsilən cəriməni dostları öz aralarında pul toplayaraq ödəyib, onların sərbəst buraxılmasını təmin edib.
Meydançaya girmək istəyərkən ayaq nahiyəsindən xəsarət alaraq, xəstəxanaya çatdırılan Orxan Salahlıya isə ilk tibbi yardımı “Qarabağ”ın həkimləri edib. Daha sonra “İmarət” üzvlərinin maşını ilə Travmatologiya ve Ortopediya Elmi-Tədqiqat Institutuna çatdırılan Orxanın dabanında qırıq, topuğunda isə çıxıq aşkarlandı. Buna görə 16 yaşlı gəncin ayağı ən azı 2 ay gipsdə qalmalıdı.
Ötən gün Orxana baş çəkmək üçün onun Biləcəri qəsəbəsində yerləşən evinə yollandıq. Xəsarət alan Salahlının “İmarət”dən olan dostları ilə birgə... Təbii ki, "imarət"çilər yaşca balaca sayılan qardaşlarını görməyə əliboş yollanmamışdı. Binanın qarşısında olan mağazadan şirniyyat məhsulları və meyvə ilə dolu 3 “sumka” alaraq əllərində Orxanı görməyə tələsirdilər. Öz aralarında isə “binadan Orxan bizə baxır” deməklə şənlənirdilər. Gedəcəyimiz mənzil 8-ci mərtəbədə yerləşdiyindən liftlə qalxmalı olduq. Qapını döydük. Orxanın anası Sakibə xanım bizi gülərüz qarşıladı və içəri dəvət etdi. Həmin anda bizi qapıda qoltuq ağacı ilə qarşılayan Orxanın ayağında gips olsa da, gözlərində sevinc vardı. Hər halda, Salahlı dostlarının ona baş çəkəcəyini ehtimal etsə də, jurnalistlərin yaşadığı yerə təşrif buyuracağını ağlından belə keçirmirdi. İki bacının bir qardaşı sözün yaxşı mənasında gördüklərinə görə şokda idi. Sanki Orxan ağrı-acını unutmuşdu. Az qalırdı ki, qoltuq ağacını bir kənara tullayıb, göyə tullansın.
Çay süfrəsi təşkil olunana qədər dostları ilə xeyli zarafatlaşan 10-cu sinif şagirdini biz də danışdırdıq. Ona PFL-in iyunun 3-də keçiriləcək ölkə kubokunun finalı üçün hazırlanmış şərf də təqdim edildi. Evdə bizdən başqa Orxanın özünə tay-tuş olan dostu da var idi. Sən demə, Orxanın dostunun atası vaxtı ilə “İmarət” stadionunda Şuşa şəhərini təmsil edən komandanın heyətində “Qarabağ”a qol da vurub.
Kəlbəcərin Başlıbel kəndindən olan Orxan stadionda baş verən hadisəni belə xatırladı: “Düzü, “İnter”nin xal itirəcəyi, “Qarabağ”ın isə qələbə qazanacağı halda çempion olacağımızı stadionda öyrəndim. “Bakcell Arena”da 90 dəqiqə başa çatandan paralel keçən “İnter” - “Qəbələ” matçının yekun nəticəsini gözlədik. Qəbələdəki matç 1:1 hesabı ilə başa çatandan sonra artıq çempion olduğumuzu dəqiqləşdirdik. Bu sevinci futbolçularla birgə yaşamaq üçün tribunadan meydançaya enəndə arxadan kimsə məni itələdi. Sonradan dedilər ki, məni itələyən polis olub. Yerə yıxılanda isə sağ ayağımdan ciddi xəsarət aldım. Bir hadisədi də oldu. Yenə çempion olaq, yenə tullanacam. Düzdü, valideynlərim əvvəlcə əsəbləşdi. Dedilər ki, mənim üçün tribuna həyatı başa çatdı. Ancaq sonradan nisbətən sakitləşdilər. Onların bu cür reaksiya verməsini də başa düşmək olar”.
Daha sonra Orxanın atası Ənvər bəylə söhbətləşdik. Qısa arayış olaraq bildirək ki, ailə başçısı İqdisat Universitetində uzun müddətdi müəllim işləyir. Maraqlıdı, evin bir oğlunun stadionda xəsarət aldığını eşidən atanın ilk reaksiya necə olub?
“Hər həftə olduğu kimi, futbola getmişdi. Gözləyirdik ki, matç başa çatandan sonra evə gələcək. Birdən anası gəlib, mənə dedi ki, Orxan zəng vurub, ayağının əzildiyini, uşaqların onu evə gətirdiyini bildirdi. Biz bir az həyacanlandıq. Həyətə düşüb, uşağın arxasınca getmək istəyirdik. Zəng edib, harada olduğunu soruşdum. O da “gəlməyin, xəstəxanadan çıxmışam, artıq evə gəlirəm” dedi. 20 dəqiqə gözləyəndən sonra gəldilər. Təbii ki, o 20 dəqiqə bizim üçün çox uzun çəkdi, həyəcanlı olduq. Orxanı evə gətirən uşaqlara təşəkkür etdik. Xəstəxanaya aparıb, xeyli əziyyət çəkiblər. Nə lazım idisə, onu da ediblər".
“Belə çıxır ki, sizə sadəcə, Orxanı danlamaq qalmışdı” sualına isə Ənvər müəllim belə cavab verdi: “Xeyr, danlamadım. Onsuz da hadisə baş verib. Mən ona evdən çıxanda bildirdim ki, stadionda kütlə olacaq. Bilirsiz ki, kütləni də idarə etmək olmur. Onu hər zaman demişəm ki, qarışıq yerlərdən uzaq dur. Düzü, mən dava-dalaşdan qorxuram. “Qarabağ”ın çempion olmasına görə evə gec gələcəyini gözləyirdim. Amma belə olacağını ağlıma da gətirməzdim. Evə gələndə hardasa gecə saat 1 idi”.
Ailə başçısı Orxanın “İmarət”dəki dostlarından olduqca razıdı: “İndi “İmarət”in uşaqları ilə bir yerdədi. Kompyuterdə də dostları ilə şəkilləri doludu. Çox sağ olsunlar ki, gəlib, Orxanla maraqlanırlar. Onun ağrılarını bölüşürlər. Oğlanın dostu çox olmalıdı. Belə bir məsəl var: “Oğlanın dostu çoxdusa, azdı, düşməni azdısa, çoxdu”.
Universitet müəllimi bundan sonra Orxanın “Qarabağ”ın matçına gedib-getməməsi ilə bağlı qərarı övladının öz ixtiyarına buraxır: “Oğlum artıq böyüyüb. Könlü istəsə, gedər. Yəqin ki, istəyəcək. Niyə də istəməsin? Ancaq mən ifrat azarkeşliyin əlehinəyəm. Emosiyalara qapılıb, xoşagəlməz addımlar atmaq lazım deyil. İdmanın yaxşı cəhətləri var. Gəncləri zərərli vərdişlərdən yayındırır. Mənim ən çox narahat olduğum məsələ odur ki, birdən pis uşaqlara qoşular, siqaret çəkər. Son illərdə "dəbdədi" – bir nəfər yoxa çıxanda səsi Suriyadan gəlir. İnsan özü müstəqildi, istəyinə uyğun hərəkət edir. Orxan balaca vaxtlarında futbol məşqlərinə gedib. Düzü, onu bu idman növündən çəkindirirdim. Çünki zədə almasından qorxurdum. Ona görə ki, fiziki qabiliyyəti yüksək deyildi. İndi futboldan çəkindirmək o demək deyil ki, azarkeşlikdən də çəkindirəm. Polis istənilən halda mühafizəni təmin etməlidi. İmkan verməz ki, hansısa neqativ hərəkət edəsən. Oyun qurtarandan sonra azarkeşlərə bir az güzəşt etməlidi. Ancaq oyun gedə-gedə buna imkan vermək olmaz. Polis şəraitə uyğun hərəkət etməlidi. Bəlkə, azarkeş meydançaya futbolçunu vurmağa gedir?"
Görüşün sonunda Orxanın vəziyyəti ilə bağlı klubdan kiminsə maraqlandığını soruşduqda isə cəfakeş ata məsələyə təvəzökarlıqla yanaşdı: “Qarabağ”dan onsuz da zəng gözləmirdim. Çünki elə də böyük hadisə deyil. Onların öz qayğıları var”.
Orxanla sağollaşanda isə “İmarət”in üzvləri Ənvər müəllimin diqqətinə sözügedən azarkeş qrupunun təkcə “Qarabağ”ı dəstəkləməklə kifayətlənmədiklərini, eyni zamanda vətənpərvərlik ideyasını da aşılamağı əsas borclarından biri kimi qabartdılar. Hər zaman olduğu kimi, bundan sonra da istər yaxşı, istərsə də pis günlərdə daima birlik nümayiş etdirəcəklərini qeyd etdilər. Biz də tezliklə Orxanın sağalmasını, sevimli komandasına dəstək olmaq üçün tribunda yer almasını arzulayırıq.
Mənbə: Futbolinfo.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























