3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

“Qəbələ” “Neftçala” ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasının XXXV turunda istirahət edəcək “Qəbələ” sabah yoxlama oyunu keçirəcək. Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” I divizion təmsilçisi “Neftçala” ilə görüşəcək. Aşağı dəstənin qalibi ilə qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Yoxlama oyunu saat 18:00-da başlayacaq.

Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turu çərçivəsində mayın 28-də öz meydanında “Bakı” ilə qarşılaşacaq “Qəbələ” hazırlıqlarını davam etdirir. XXXIV turun mayın 16-da Qəbələdə “İnter”lə keçirilən oyunundan (1:1) sonra 2 günlük istirahətə buraxılan “qırmızı-qaralar” gündə bir dəfə məşq keçməklə növbəti oyuna hazırlaşır. Məşq prosesində yalnız zədədən sonra müalicə olunan Dodo iştirak etmir.

 


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31