26 Avqust 2026, Çərşənbə
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

AZAL-ın müdafiəçisi: “Sxadadze məni vurmayıb”

“Bizim kimi “İnter” də meydana qələbə üçün çıxmışdı. Onlar liderdən daha çox geri qalmamaq üçün yalnız qələbəyə can atırdılar. Amma oyu heç-heçə ilə başa çatdı. Nəticəni ədalətli hesab edirəm”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “İnter”in müdafiəçisi Eltun Yaqublu deyib.

Gənc futbolçu qarşılaşmadan sonra baş verən dava haqda da fikirlərini bildirib. İnsidentdən sonras “İnter”in üzvü Baçana Saxadadzenin Eltun Yaqubluya arxadan təpik zərbəsi endirdiyi deyilsə də, futbolçu bunu təkzib edib: “Əslində, orda şişirdiləsi bir şey olmadı. Mənə qarşı kobud oynadılar və buna görə də hakim cərimə zərbəsi təyin etdi. Sonradan kimsə söz atdı. Orada heç dava düşəsi bir hadisə də yox idi. Baçana Sxadadze məni vurub? Yox, yalandı. Məni nə kimsə vurdu, nə də təpik atan oldu. Yenə deyirəm, bu hadisəni şişirtməyə ehtiyac görmürəm”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31