14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Xaqani Məmmədovdan qalmaqala münasibət: “Günahkarlar cəzalandıracaq”

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov AZAL - “İnter” oyunundan sonra komandalar arasında baş verən dava haqda danışıb. Oyunu canlı izləyən X.Məmmədov Futbolxeber.az saytına bunları deyib: “Mən oyuna tribunadan baxırdım. Ona görə də baş verənləri dəqiqliyi ilə görə bilmədim. Amma gördüklərimə əsasən deyə bilərəm ki, “İnter”in ehtiyat oyunçular skamyasında narazılıq oldu. Hakim də buna görə hər iki tərəfdən 1 futbolçunu sarı bərəqə ilə cəzalandırdı. Hər şey də ordan başladı. Dəhlizdə nə baş veribsə, hakimlər oyunun protokolunda qeyd ediblər. AFFA nümayəndəsi də orada idi. İntizam Komitəsi günahkarları cəzalandıracaq”.

Hakimlər Komitəsinin sədri “İnter”in çıxışı barədə də danışıb: “İnter” tərəfi ola bilər ki, xal itkisinə görə aqressiv idi. İkinci yerdə qərarlaşan, çempionluğa oynayan “İnter” bu gün çox məzmunsuz oyun sərgilədi”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31