18 Avqust 2026, Çərşənbə axşamı
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Tərlan Əhmədov: “Məni yandıran odur ki…”

“Açığı, oyunun ağır keçəcəyini bilirdik. Birinci hissədə biz qol vurmağımıza baxmayaraq, sönük oynadıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonar AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov qalmaqal haqda danışmaq istəməyib: “İkinci hissədə isə imkanlarımız oldu. Məni yandıran odur ki, hesabda öndə olduğumuz oyunlarda sonradan qol buraxıb, xallar itiririk. Heyətdə müəyyən problemlər var. Rəşad Abdullayev xəstə idi, Novruz Məmmədov cəzalı duruma düşmüşdü. Buna görə də müəyyən dəyişiklik etməli oldum. Qarşıda bizi “Neftçi” ilə çətin oyun gözləyir. Həmin matça hazırlaşmalıyıq. Oyundan sonra müəyyən insident oldu. Amma orada da yekunlaşdı. Bir dəfə “Neftçi”nin heyətində səfər matçında idik. Çox sayda azarkeş bizə hücum çəkdi. Çətinliklə soyunub-geyinmə otağına getdik. İndi isə belə hallar yoxdur”.   


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31