20 May 2026, Çərşənbə
“Qarabağ”ın çəkisi çox ağırdır”
FİFA referiləri I Liqa oyunlarında
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da

Ölkə futbolu

Ramin Musayev: “Superkubok matçını Türkiyədə keçirməyi nəzərdə tutsaq da...”

“Superkubok matçını Türkiyədə keçirməyi nəzərdə tutmuşduq. Amma görünən odu ki, bu istəyimiz baş tutmayacaq”. Bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Premyer Liqanın qalibi “Qarabağ” və ölkə kubokunun sahibi “Neftçi” arasında keçiriləcək Superkubok matçının yanvarda Türkiyədə baş tutacağı gözlənilirdi. Lakin PFL-in planı dəyişib. Musayevin sözlərinə görə, Türkiyə variantı alınmayıb. Bu səbəbdən oyun Bakıda keçiriləcək: “Təbii ki, Superkubok matçını keçirmək fikrimiz var. Sadəcə, Türkiyə variantı alınmayacaq. İstəyimiz baş tutmadı. Buna görə də, “Qarabağ” və “Neftçi” komandalarının görüşü elə Bakıda keçiriləcək”.

Superkubok matçının hansı tarixdə keçiriləcəyi isə hələlik dəqiqləşməyib (apasport.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31