Ölkə futbolu
...Bu da futbolda Avropa standartları! YAZI
Haqqı yeyilənə sözdə acıyan çox olar, amma əməldə haqqının bərpasına kömək edən tapılmaz!
“Haqqı yeyənin haqqı yeyilsin”, - deyərlər, ancaq ömür boyu haqq yeyənin haqqı hardadır ki yeyilsin də!
25 ildir Qarabağın haqqı yeyilir və 5 ildir “Qarabağ”ın da haqqını yeyirlər. Haqqdan danışan haqsızlar yeyir Qarabağın haqqını, göz görə-görə “Qarabağ”ı da görməyə gözləri yoxdur onların!
“Budurmu Avropa?” deməyəcəyəm, çünki Avropa budur! Dünyada haqq məhz belə qorunur!
Kim bilməsə də, ürəyi dağlı qarabağlılar bunu yaxşı bilir. Hər addımda haqsızlıq edən haqsızlar utanmadan daim haqq-ədalətdən danışırlar, qulaq asmayanı isə haqsızlıq damğası ilə damğalayıb günlərinə qara bağlayırlar!
təxminən 15 il əvvəl yazılarımın birində yazmışdım ki, “Futbol kədəri ilə də gözəldir”. Fikrim dəyişməyib: futbol ecazkar oyundur, son dərəcə fenomenal düşünülüb və həqiqətən onun kədəri də gözəldir. Amma söhbət oyun sferasında yaşanan kədərdən, üzüntüdən, təəssüfdən gedir. “Qarabağ” - “İnter” görüşündə Çex hakim Miroslav Zelinkanın etdiklərindən yaranan duyğular isə çox fərqlidir – xoş olmayan kədərdir, çünki nadanlığın, ölçüyəgəlməz haqsızlığın məhsuludur!
Stadionda insanlar ağlayırdı. Yaşlısı da ağlayırdı, cavanı da. Acizlikdənmi axırdı onların göz yaşları? Qətiyyən! Bir sıra əcnəbi həmkarlarımızın dediyi kimi, tarixdə görünməmiş haqsız qərarın acısı idi içlərini göynədən, didib-parçalayan. Hara üz tutsunlar, kimə şikayət etsinlər? Fransız Tyerri Anrinin əllə oynayıb qol vurduraraq İrlandiyanı dünya çempionatından məhrum etməsinə reaksiya verməyən UEFA prezidenti Mişel Platiniyəmi? Yoxsa, dünya çempionatını Qətərə satıb, araşdırılması tələbi ilə manipulyasiya edən FİFA prezidenti Yozef Blatterə?
Gəlin, aglamayaq, göz yaşlarımıza hakim kəsilək. Çünki, əvvəla, dünyanın axırı deyil, bir yarışın sonu digərinin başlanğıcıdır. İkincisi, “Qarabağ” avroliqada bu mövsüm ondan gözlənilənlərdən qat-qat artığını etdi, böyük təcrübə topladı, həm də təkcə özü üçün yox, bütövlükdə Azərbaycan futbolu, klubları üçün. Digər tərəfdən, “Qarabağ” mövcud plankanı xeyli yüksəltdi – artıq qrupa düşmək uğur deyil, klublarımızın borcu kimi qəbul ediləcək.
Yadıma 2002-ci il dünya çempionatı düşür: Türkiyə yarımfinalda Braziliyaya uduzaraq finala çıxa bilmədi. Matçın final fiti səsləndi və ekranda hönkür-hönkür ağlayan 7-8 yaşında bir türk balası göründü. Futbolunun dünən harada, bu gün harada olduğunu hələ bilməyən, anlamayan o körpənin ağlar üzü heç gözümün önündən getmir. Yaşı imkan versə, tarixi bilsəydi, yəqin ki, mundialın finalına çıxa bilməmənin üzüntüsünü yox, sevimli komandasının bürünc medal uğrunda yarışacağının sevincini yaşayardı...
Dünəni yaddan çıxarmayaq. Klublarımızın keçdiyi yola ən səthi ekskurs da kifayətdir ki, “Qarabağ”ı qalib kimi qəbul edək. Ağdam təmsilçisi avroliqada mübarizənin builki mərhələsini futbolu sevdirərək, onu yenidən Azərbaycan insanının gündəlik menyusuna gətirərək bitirdi. Bunu “İnter”lə oyundan sonra klubun rəsmi saytına dünyanın ən müxtəlif yerlərindən – Braziliyadan tutmuş, İspaniyaya, İtaliyaya qədər – ünvanlanmış saysız-hesabsız həmrəylik mesajları, sosial şəbəkələrdə “Qarabağ”a ədalət!” çağırışları da sübut edir.
Baş verənlər nə qədər acı və təəssüfləndirici olsa da, təbliğat mənasında, müsbət rol oynadı – az qala bütün dünya “Qarabağ”dan yazdı və “Qarabağ” futbol klubundan bəhs edilərkən də Qarabağ özü təbliğ olundu. Rus şərhçisi dəfələrlə məhz “Azerbaydlanskiy Karabax” ifadısini işlətdi. Bu müsbət məqamın üzərindən sükutla keçmək mümkünmü?
“Qarabağ” reallığa söykənən iddiası ilə göstərdi ki, uzun bir yola çıxıb. Bu yolda büdrəməyəcəyinə, haqsızlıqlara sinə gərəcəyinə, indi edə bilmədiyini ən yaxın zamanlarda edəcəyinə inam böyükdür və getdikcə artır. Çünki arxasında Azərbaycan kimi qüdrətli ölkə və xalq dayanıb.
Dosta sevinc, düşmənə göz dağı olan “Qarabağ”, zəfərin mübarək!
Rövşən Binnətli, bakupost.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























