Ölkə futbolu
Millət vəkili: “Qarabağ”ın heç-heçəsi “Dnepr”dən çox Aqil Abbasın işinə yaradı”
Millət vəkili Fazil Mustafa “Qarabağ”ın Avroliqanın qrup mərhələsinin son turu çərçivəsində “İnter”ə qarşı keçirdiyi oyun (0:0) haqda fikirlərini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, millət vəkili feysbukda görüşlə bağlı bunları yazıb:
“Qarabağ"ın oynunu stadiondan izlədim. Çox gözəl atmosfer vardı. Tamaşaçılara həqiqətən təşəkkür düşür. Fədakarcasına komandanı dəstəkləyirdilər. Maksimalist olmayaq, bu həqiqətən də "Qarabağ"ın ciddi uğuru sayılmalıdır. Qolunu saymadılar, stadionda təkrar baxmaq şansımız olmadığına görə hakimin haqlı və ya haqsız olduğunu söyləyə bilmirəm. Ancaq fikrimcə, "İnter" kimi klubla üstün oyun göstərmək və heç-heçə etmək uğurlu nəticədir. Hələ "Qarabağ"ın əsas oyunçularından 5-6-sı zədəli vəziyyətdə idi və bu şərtlərdə sabit oyun göstərmək həqiqətən ağır idi. Ancaq Qurban Qurbanov və komandası xarakter göstərə bildi. Oyunçuların davranışı həmişəki kimi mədəni idi.
Klub rəhbərliyi də hər oturacağın yanına klubun bayrağını qoymuşdu və oyun ərzində bu bayraqları ürəkdən yellədik. Stadion yaxşı təmir olunub. Ancaq stadiona girişdə başıpozuqluq müşahidə olunur. Bir əlil vətəndaşın qapılara yaxınlaşması demək olar ki, mümkünsüz. Basabasda sağlam adamın əlil olması təhlükəsi də az deyil. Təmirdən sonra ilk dəfə idi burada olurdum. Az sayda da olsa, qadın azarkeşlərin gəlməsi müsbət haldır, mədəni mühit olarsa, daha rahatlıqla xanımlar da stadionda komandaya dəstək verə bilərlər. Türkiyədə baxırsınız, başıaçıq və ya hicablı olsun, fərq etməz, xanımlar bir yerdə xeyli rahatlıqla stadiona gələ bilirlər. Məncə, iki məsələyə də xüsusi diqqət yetirilməlidir: oturduğum yerdə bir neçə nəfər yaxınlaşıb yer nömrəmlə maraqlandı. Bu zaman spirtli içki qəbul etdiklərini sezdim. Bu cür azarkeşlər müəyyən olunduqda təhlükəsizlik qüvvələri tərəfindən stadiondan çıxarılması məqsədəuyğun olardı. Bir də yanımda oturan 50-55 yaşında bir vətəndaş siqaretinin tüstüsü ilə 90 dəqiqə heç də oyunun hakimindən az əsəblərimizə təsir göstərmədi. Bildiyim qədər Avropa ölkələrində ayrıca siqaret çəkilən yerlər ayrılır və kim istədisə oyun zamanı gedib, o küncdə zəhər qəbul edir. Başqasının üzünə tüstünü ufurmək şansını adamın əlindən alırlar. Bir daha oyunçularımıza fədakarlığa, gözəl futbol matçı izlətdiklərinə görə təşəkkür edirəm.
Sonda yadıma düşdü, dostum Aqil Abbas saytların birinə demişdi ki, "Qarabağ" udsa, hamıya qonaqlıq verəcəyəm. İndiyədək heç seçkilərdə belə mümkün olmayan vəd eşitməmişdim. Təsəvvür edin ki, Aqil bəy, hamı deyəndə, böyüklü-kiçikli Azərbaycanda hazırda yaşayan haradasa 7 milyon adamı nəzərdə tutub. Adambaşına bir dönər hesabı ilə topdansatış qiyməti ilə bir manatdan götürsək, düz 7 milyon manat edir. Bu minvalla, "Qarabağ"ın heç-heçəsi "Dnepr"dən çox Aqil bəyin işinə yaradı...”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























