19 Sentyabr 2026, Şənbə
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi
Azərbaycan Kubokunun püşkü atıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

Azərbaycan milli komandası və “Qəbələ” klubunun futbolçusu Ruslan Əmircanov Türkiyədə əməliyyat olunub. Futbolxeber.az-ın məlumatına görə, 29 yaşlı müdafiəçinin əməliyyatı İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında baş tutub. Travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əmircanovun 1 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində AVRO-2016-nın seçmə mərhələsinin İtaliya və Xorvatiya ilə oyunları öncəsi Almaniyada toplanış keçən zaman xəsarət alan Ruslan təxminən 2 aydır zədədən əziyyət çəkirdi. Menisk problemi ilə Türkiyəyə yollanan futbolçunun müayinəsi onun meniskində yırtığın olmasını, əməliyyatının zəruriliyini üzə çıxarmışdı.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30