3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

AFFA-dan “Neftçi” və AZAL-ın futbolçularına 2 oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Neftçi” - “Qaradağ Lökbatan” matçının 68-ci dəqiqəsində “Neftçi”  klubunun 18 №-li futbolçusu Kaue da Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Neftçala” - AZAL matçında “Neftçala”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində “Neftçala”  klubunun 21 №-li futbolçusu Elvin Adışirinli və AZAL  klubunun 3 №-li futbolçusu Xuan Fransisko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyun cəzalanıb, AZAL  klubu 2000 , “Neftçala”  klubu 200 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Simurq” - “Rəvan” matçının 55-ci dəqiqəsində “Rəvan”  klubunun 99 №-li futbolçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31