13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Qurban Qurbanov: “Reynaldonun zədələnməsinin mənə faydası var”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının üç legioner futbolçusu - Çumbinyo, Dias və Reynaldo Silvanın zədələri səbəbindən Avropa Liqasının və Premyer Liqanın son bir neçə oyununda iştirak etməməsi haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, Qol.Az saytının müxbiri ilə söhbətində Q.Qurbanov bildirib ki, hər üç oyunçunun matçlara çıxmaması komandanın özü üçün problem yaradır. “Cumbinyo uzun müddətə sıradan çıxıb. Təəssüf ki, Reynaldo və Diasın “İnter”lə Avroliqanın son oyununda meydana çıxmaq ehtimalı çox azdır. Əlbəttə, bu, bir məşqçi kimi mənim futbolçu seçimi imkanımı azaldır”.

Bununla belə, Q.Qurbanov maraqlı bir etiraf da edib. O deyib ki, əslində komandanın aparıcı futbolçularının zədələnməsi oyunçu seçimi zamanı ona problem yaratsa da, əslində bunun faydasını görür. “Olur ki, lider futbolçular zədələnərkən çox oynamaq şansı əldə etməyən oyunçuların xidmətindən istifadə edirsən. Onlar da özlərini yaxşı tərəfdən göstərə bilirlər. Bu mənada, aparıcı futbolçun zədələnərkən digər oyunçulara şans verirsən, bunun da məşqçiyə faydası dəyir”

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31