16 Dekabr 2025, Çərşənbə axşamı
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”

Ölkə futbolu

Çixradze: “Hücumda yox, müdafiədə çox səhvlərimiz oldu”

“Hər iki komanda xeyli qol vəziyyəti yaratdı. Bu gün güclü komanda ilə oynayırdıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyundan sonra “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.

Gürcü mütəxəssis əvəzetmədən az istifadə etməsinin səbəbini açıqlayıb: “Qalib gəlmək istəyirdik. Komandam ilk qolu vursa da, sonradan qapısından 3 top buraxdı. Yaratdığımız qol vəziyyətlərdən yalnız 2-dən yararlana bildik. Əvəzetmə ona görə az etdik ki, hücumameyilli futbolçularımız yox idi. Üstəlik, limit məsələsi var. Polyakı meydana buraxa bilərdim. Amma onun mövqeyində oynayan Stanoyeviç çox yaxşı çıxış edirdi. Hücumda yox, müdafiədə çox səhvlərimiz oldu. Emeqara asanlıqla müdafiə xəttimizi keçirdi. Rəşad Eyyubovun oyununda sabitliyin çatışmadığını deyə bilmərəm. O müəyyən orta səviyyəyə çatıb”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31