Ölkə futbolu
“Simurq”un üzvü: “Hazırkı yerimiz dördüncü pillə deyil” (Müsahibə)
“Simurq”un futbolçusu Samir Zərgərov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Samir, ilk öncə son iki oyun haqqında fikirlərini bilmək istərdik. Komandada hansı dəyişiklər oldu ki, “Neftçi” və “Qəbələ” ilə çətin qarşılaşmalarda qələbə qazana bildik?
- Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədə məşqçilər korpusu bizi 5 günlük istirahətə buraxdı. Bildirdilər ki, hər şeyi unudub məşqlərə qədər vaxtınızı yaxınlarınızla keçirdin. Özünüzü yenidən toparlayıb, gəlin. Yığışdıqda sonra “Neftçi” ilə oyunun hazırlıqlarına başladıq. İlk məşqdə baş məşqçi hamımızı bir araya gətirərək qeyd etdi ki, artıq keçən oyunlarda nə olubsa keçmişdə qalıb. “Neftçi” ilə matçda yenidən başlanğıc etmək lazımdır və bütün diqqətimizi bu oyuna yönləndirməliyik. Görüşə qədər yaxşı hazırlıq keçdik və çıxdıq layiqli qələbə qazandıq. Oyuna baxan hər bir kəsdə bildirdi ki, bu matçda qalibiyyətə layiqli tərəf biz idik. Bu üç xal komandada özünəinamı bərpa etdi. Böyük ruh yüksəkliyi yarandı. Bu cür əhval-ruhiyyə ilə səfərə getdik. “Qəbələ” ilə oyununda çətin keçəcəyini bilirdik. Bu komandanın hər cür şəraiti, güclü futbolçulardan ibarət heyəti, çox yaxşı vəziyyətdə olan təbii ot örtüklü meydançaları var. Bizim komandamızdada texnikalı futbolçular üstünlük təşkil edir. Ötürmələrlə oyunu qurmağa çalışan kollektivimiz var. Bu cür meydançada hər bir futbolçu nəyə qadir olduğunu göstərməyi bacarır. Oyuna gəldikdə isə çox sürətli və qol vəziyyətləri ilə bol bir qarşılaşma oldu. Hesab edirəm ki, bu matçda da layiqli qələbə qazandıq. Kamran Ağayev qapısında diqqətli olmasaydı və biz bir çox vəziyyətdən faydalı yararlansaydıq, hesab böyük də ola bilərdi. Bir şeyi də vurğulayım ki, həqiqətəndə meydança hər birimizə oynamaq üçün əlavə stimul verirdi. Arzulayıram ki, çempionatda hər bir komandamızın bu cür ideal ot örtüklü stadionları olsun.
- “Simurq” hazırda 17 xalla turnir cədvəlində dördüncü pillədədir. Səncə komandamız bu nəticəsi haqq edirmi? Daha yaxşı yerdə ola bilərdik, yoxsa daha yaxşı yerdəyik?
- Düşünürəm ki, bizim hazırkı yerimiz dördüncü pillə deyil. Bəzi oyunlarda yersiz xal itirməyimiz bu nəticəyə səbəb olub. Hesabda öndə olarkən məğlub olduğumuz, lazımı oyunlarda qələbə qazana bilmədiyimiz görüşlərdə itirdiyimiz xalları indi toplasaq, görərik ki, daha yaxşı yerdə olmalıydıq. Ən azından indiki vəziyyətdə turnir cədvəlində ikinci pillədəydik. Ancaq bu futboldur. Hər bir komanda müəyyən dövrdə eniş yaşayır. İnanıram ki, bu mərhələni artıq geridə qoyduq. İnşallah, bir də bu vəziyyətə düşmərik. Növbəti oyunlarda son iki görüşün davamını gətirsək, ən azından Avroliqaya vəsiqəni təmin etmiş olacayıq. Qarşımıza qoyulan əsas məqsəddə budur. Allahın köməkliyilə rəhbərliyə, klub azarkeşlərinə, özümüzə bu uğuru qazandırarıq. Ölkəmizi Avropada “Simurq”un adından təmsil edərik.
- Bizi qarşıda daha bir çətin rəqiblə görüş gözləyir. Son çempion və hazırkı turnir cədvəlinin lideri olan “Qarabağ”la oyun haqqında nə deyərdin? “Simurq” bu matçda da qələbə seriyasın davam etdirə biləcəkmi?
- Hazırda bir reallıq var ki, hər kəs bu dəqiqə “Qarabağ”ın ölkənin bir nömrəli klubu olduğunu deyir. Göstərdiyi nəticələrdə bunun sübutudur. Bu komandanın üstünlüyü ondadır ki, iki fərqli heyətə malikdir. Bir on bir nəfər Avroliqada matça çıxacaqsa, daha fərqli bir on bir nəfərdə başqa komanda ilə görüşə çıxa bilər. Ancaq bir reallıqda odur ki, hər bir komandanı Zaqatalada çətin oyun gözləyir. Bu mövsüm bir görüşdə doğma azarkeşlər önündə məğlub olmuşuq. İnşallah, həmin oyunda son olar. Hesab edirəm ki, çox maraqlı bir qarşılaşma olacaq. Var gücümüzlə çalışacayıq ki, qələbələrin ardı gəlsin. Son iki oyunda qazanılan altı xal hər şey demək deyil. Etməli olduğumuzu etmişik. Əgər biz Avroliqaya vəsiqə qazanmaq istəyiriksə, bu oyunlarda qalib gəlməliyik, “Qarabağ”ıda həmçinin məğlub etməliyik. Bacardığımız qədər bütün matçlardan xalla ayrılmalıq ki, mövsümün sonunda yaxşı nəticə əldə edək. Həm rəhbərliyimizi, həm azarkeşlərimizi sevindirək, həm də əziyyətimizin bəhrəsini görək.
- Hazırda əsas heyətdə stabil oynayan futbolçulardansan. Son on üç tura əsasən öz oynuvu necə dəyərləndirərdin?
- Futbol elə bir idman növüdür ki, qələbə qazananda hamı yaxşı oynayır, məğlub olanda isə bütün komanda. Qalibiyyət zamanı elədiyin səhvlər gözə çarpmır. Futbolçunun oynunun əsas göstəricisi qazanılan nəticədir. İnşallah, sona qədər komandama kömək edərəm. Məşqçim mənə inanır, güvənir. Çalışıram ki, onun yanılmadığını sübut edim, öz mövqeyimi kiməsə verməyim. Heç kəsə zədələnməyi arzulamıram. Mən də Allahın köməkliyi ilə heç bir zədəsiz, problemsiz mövsümün sonuna qədər stabil oynayaram. İlk vaxtlar komandaya uyğunlaşama çalışırdım. Karyeramın son üç ilini “İnter”də keçirmişdim. Bu komanda tam başqa sistemdə oynayır. Qıraqdan belə hesab eləməsələr də, “Simurq”da hər şey tam fərqlidir. İki fərqli məşqçidir, iki fərqli taktikadır. Artıq hər şey qaydasındadır. Ümumən qarşılaşmaları özüm üçün analiz etdiyimdə, bəzi məqamları çıxsaq, oynumdan razıyam. Daha yaxşı olmaq üçün məşqlərdə çalışıram.
- Futbolçu olaraq Samir Zərgərovun hazırda qarşısına qoyduğu məqsəd nədir?
- Ötən mövsüm zədədən əziyyət çəkdim və premyer liqada çox az oynadım. Ancaq bu il tam sağalmışam və “Simurq”un uğurları üçün mübarizə aparıram. Futbolçu olaraq məqsədim hazırda bu komandanın heyətində heç bir kəsin qazana bilmədiyi nəticələri qazanmaqdır. “Simurq”un tarixinə düşən oyunçulardan biri olmaq istəyirəm.
- “Simurq”a gəldikdən sonra yeni komandana, abu-havaya öyrəşməkdə çətinlik çəkmədin?
- Əvvəl-əvvəl çətinlik olurdu. Ancaq indi qeyd etdiyim ki, hər şey qaydasındadır. Komandaya tam uyğunlaşmışam. Gündəlik məşqlərimi edib, oyunlara hazırlaşıram.
- Ailəsi ilə birlikdə Zaqatalada yaşan tək-tük yerli futbolçulardan. Burada yaşamaq səni darıxdırmır?
- Elə də çox darıxmıram. Bu futbol həyatıdır. Bir gün Bakıdasan, bir gün də hansısa regionda. Zaqatalada ölkəmizin inkişaf etmiş şəhərlərindən biridir. Yaşamaq üçün hər cür şərait var. Darıxmağa heç vaxtımda olmur. Məşqlər, oyunlar, imkan olduqcada ailəmlə Zaqatalanın, yaxın şəhərlərin gəzməli yerlərinə gedirəm, istirahət edirəm.
- Azarkeşlərimizlə münasibətin necədir?
- Münasibətim çox yaxşıdır. Komandamızı hər oyunda dəstəkləyirlər. “Qəbələ” ilə oyunda belə saylarının az olmaqlarına baxmayaraq, bizi tək qoymadıqlarını hiss elətdirə bildilər. Hər birinə çox sağı ol deyirəm. İnşallah, sona qədər bizimlə olarlar. Xüsusən də, “Qarabağ”la oyunda onlara çox ehtiyacımız var. Stadionu tam dolduracaqlarına inanıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























