17 Aprel 2026, Cümə
“Səbail”dən böyük hesablı qələbə
XXVIII turun hakim təyinatları
Kukseviç: "Oyunumuzdan razı qaldım"
Millimiz yenə qazaxlara uduzdu

Ölkə futbolu

“Xəzər Lənkəran”ın 3 futbolçusu “Simurq”a qarşı oynamayacaq

“Sumqayit” üzərindəki səfər qələbəsindən sonra “Xəzər Lənkəran” doğma şəhərə qayıdıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda dünən Lənkərandakı bazasında axşam məşqinə çıxaraq Zaqatalanın “Simurq” komandası ilə görüşün hazırlığına start verib. Hazırda Cahangir Həsənzadə, Ağabala Ramazanov və Uğur Pamuk zədə səbəbindən hazırlıqda iştirak etmir və qarşıdakı matçda komandaya kömək edə bilməyəcəklər.

“Xəzər Lənkəran” bu gün saat 16.00-da oyun öncəsi son məşqinə çıxaraq hazırlığını tamamlayıb oyun saatını gözləyəcək. Xatırladaq ki, XI tur çərçivəsində keçiriləcək “Xəzər Lənkəran”- “Simurq” görüşü saat 17.00-da başlayacaq və “Xəzər Lənkəran” TV vasitəsilə canlı yayımlanacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30