Ölkə futbolu
AFFA-nın vitse-prezidenti: “İstəməzdim ki, Qurban Qurbanovun “Qarabağ”dakı işinə mane olaq” (Müsahibə)
AFFA-nın vitse-prezidenti Rauf Əliyev sportpress.az saytına müsahibəsində Berti Foqtsun istefasından, xorvat məşqçi Robert Pirosineçkinin namizədliyindən eləcədə “Qarabağ”ın Avropa Liqasındakı çıxışından danışıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Berti Foqtsun istefasından sonra Azərbaycan millisinə yeni baş məşqçi axtarışına başlanıldı. Sizin fikriniz maraqlıdı. Milli yerli məşqçiyə tapşırılsın, yoxsa əcnəbi mütəxəssisə?
- Biz yığmadakı problemləri araşdırmalıyıq. Hazırda komandada çıxış edən futbolçuların oyunu qənaətbəxş deyil. Bu vəziyyətdə yığmanın hansı məşqçiyə tapşırılmasından asılı olmayaraq nəticə gözləmək real olmayacaq. Biz futbolçuların zəif oyununu araşdırmalıyıq. Meydana məşqçi yox, futbolçular çıxır. Bu gün millinin məğlubiyyətlərinin əsas səbəblərindən biri futbolçuların mübarizə apara bilməməsidir. 90 dəqiqə rəqibə qarşı mübarizə göstərmirlər. Futbolda qələbə ilə yanaşı, məğlubiyyət də olur. Mübarizə apararaq uduzmağı anlamaq olar. Amma Xorvatiyaya 0:6 hesablı məğlubiyyəti qəbul etmək çətindir.
- Sizcə, Foqtsun gedişindən sonra vəziyyət düzələcək?
- AFFA tərəfindən milli komanda üçün hər cür şərait yaradılıb. Dövlət başçısı cənab İlham Əliyev futbolun inkişafına dair Dövlət Proqramı imzalayıb. Biz onları hər cür şəraitlə təmin etmişik. Amma oyun yoxdur. Uşaq futboluna nəzarəti gücləndirmək lazımdır. Klublarda yeniyetmə futbolçularla iş elə aparılmalıdır ki, əsas heyətdə rəqabət olsun. Bütün ümidləri legionerlərə bağlamaq olmaz. Yaxşı futbolçuların sayı çox olmalıdır ki, seçim olsun. Avropanın əksər ölkələrində həftədə 2-3 oyun keçirilir. Bizdə isə həftədə 2 oyun olanda artıq bununla razılaşmaq istəmirlər. Milli üçün iş kompleks şəkildə aparılmalıdır.
- Belə çıxır ki, Berti Foqtsun uğursuzluğunun səbəbi futbolçularımızın lazımi oyunu sərgiləməməsidir?
- Berti Foqts Almaniya millisiylə Avropa çempionu olub. Azərbaycana tanınmış məşqçi kimi gəlib. Onun rəhbərliyi altında yığmanın yaxşı oynadığı matçlar da olub. Sadəcə futbolçularla yanaşı məşqçinin işini də unutmaq olmaz. Son oyunlar məşqçi işi görsənmirdi. Məşqçinin öz taktikası, dəst-xətti olmalıdır. Biz bu amilləri son oyunda görmədik. Digər tərəfdən Foqtsun klublarla iş birliyi alınmadı. Onlar birgə çalışmalı olduğu halda bu baş vermədi. İndi hansı səbəbdən belə olması barədə danışmaq lazım deyil. Əsas komandanı bu vəziyyətdən çıxarmaq vacibdir.
- Sizin şəxsi fikriniz maraqlıdır. Baş məşqçi kimi hansı məşqçini görmək istərdiniz?
- Mənim şəxsi fikrimdir. İstərdim Balkan ölkələrindən olsun. Orada futbolun inkişafını görürsünüz. Xorvatiya millisi son illər çox inamlı oyun sərgiləyir. Bu eyni zamanda yerli məşqçilərin düzgün qurduğu işin nəticəsidir. Baş məşqçi xorvat olsa, çox sevinərəm. Bu mənim fikrimdir, amma indi tələsməyin əleyhinəyəm. Norveçlə oyuna millimizi Mahmud Qurbanov hazırlaşdıracaq. Ona görə bir müddət düşünmək və düzgün seçim etmək vacibdir.
- Milliyə namizədlərdən biri xorvat məşqçi Robert Prosineçkidir. Xarici mətbuat yazıb ki, AFFA onunla müqavilə imzalayacaq...
- Hazırda bir neçə namizədlə bağlı müzakirələr gedir. Ola bilər ki, bununla bağlı bir neçə məşqçiylə görüşlər olsun. Çünki, milli komandayla bağlı yeni məşqçinin fikirləri maraqlıdır. Amma təyinat barədə danışmaq tezdir. Sadəcə görüşlər keçirilir. Namizədlər bir deyil, ona görə bir müddət seçimlə bağlı düşünmək vacibdir.
- Yerli məşqçilər arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adı daha çox çəkilir. Onun namizədliyi barədə nə deyə bilərsiniz?
- Qurban Qurbanov çox yaxşı insan, mütəxəssisdir. Hamı tərəfindən sevilir. “Qarabağ”da gözəl kollektiv yaratması bizi çox sevindirir. Bir neçə il əvvəl o, söyləmişdi ki, milli komandaya gəlmək hələ tezdir. Digər tərəfdən istəməzdim ki, onun “Qarabağ” klubundakı işinə mane olaq. Milliylə klubu eyni zamanda çalışdırmaq asan deyil. Onun gördüyü işin nəticəsini görürük. Avroliqanın qrup mərhələsindəki “Qarabağ”ın son oyununu izləmişəm. Ukraynada gözəl oynadılar. Onlara qalan matçlarda uğurlar arzulayıram.
- “Qarabağ” Avropa Liqasında pley-offa vəsiqə qazana bilər?
- Ukraynada qalib gəldilər. Niyə Bakıda udmayaq? Biz komandamıza inanırıq. Azarkeşlər də klubumuza dəstək olacaq. Biz Bakıda qələbə qazansaq şansımız artır. “Qarabağ” Avropa Liqasında iştirak etməklə artıq tarix yazdı. Bu komandanın növbəti mərhələyə adlayacağına inamım böyükdür. Inanıram ki, Ağdam təmsilçisinin uğurları davamlı olacaq. “Qarabağ” adi klub deyil. Bütün Azərbaycan məhz bu komandanın uğur qazanmasının əhəmiyyətini anlayır. Onlar bütün Azərbaycanı sevindirir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























