26 Avqust 2026, Çərşənbə
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Qəbələ” Kiyev “Dinamo”sunu darmadağını etdi

“Qəbələ”  Futbol  Akademiyası  mövsümün  ilk  səfərinə start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət  komanda Litvanın  paytaxtı Vilnüsdə təşkil olunan “Ateitis Cup 2014” beynəlxalq turnirində mübarizəyə başlayıb. Mehman Yunusovun başçılıq etdiyi kollektiv Baltikyanı ölkədə oktyabrın 26-dək davam edəcək yarışın ilk günündə 3 matç keçirib. Turnirə uğurla başlayan komanda bu görüşlərdə 6 xal əldə edib.

U-15 ilk qarşılaşmasında “Feniks” (Kaunas, Latviya) komandası ilə görüşüb, 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” turnirə qələbə ilə başlamağı bacarıb. Komandanın qollarını Kamran Quliyev və Fəqan Məsimov vurub. II turda Milli Futbol Akademiyası (Litva) ilə görüşən “Qəbələ” meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib. Növbəti qarşılaşmada “Dinamo” (Kiyev, Ukrayna) ilə üz-üzə gələn Yunusovun yetirmələri rəqibini böyükhesabla məğlub edib - 4:0. Kamran Quliyevin dubl etdiyi matçda Fəqan Məsimovla Eldost Qiyasbəyli hərəyə 1 dəfə fərqlənib.

Qeyd edək ki, B qrupunda çıxış edən “Qəbələ” sabah 13:50-də “Minsk”, 19:40-da “Orbita”nı sınağa çəkəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31