14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Qurban Qurbanov: “İndidən ikinci pilləni tutacağımızı söyləmək tezdir”

“Ağır oyun oldu. Düşünürəm ki, matçın sonları daha gərgin keçdi. Yaxşı komandaya qarşı oynadıq". Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində qalib gəldikləri "Dnepr"lə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis "Dnepr"lə Bakıdakı oyunun daha ağır keçəcəyini bildirib: "Rəqib topla yaxşı davranır. Azarkeşləri təbrik edirəm. Yerli komandanın azarkeşləri çox olsaydı, oyun daha maraqlı keçə bilərdi. İndidən ikinci pilləni tutacağımızı söyləmək tezdir. Gəlin, ikinci pillə haqda yox, qarşıdakı oyunu fikirləşək. Bakıdakı oyun daha ağır keçəcək. Bu görüşə daha ciddi hazırlaşacağıq. Mətbuatda qrup mərhələsini ikinci pillədə başa vura biləcək şansımızın olması barədə yazılar getsə, bu, futbolçulara da psixoloji olaraq pis təsir edə bilər".

Qeyd edək ki, səfərdə "Dnepr"ə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" klubu qrup mərhələsində ilk qələbəsini qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31