14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

"Dnepr”in ulduzu Azərbaycan millisində oynamaq istəsə də, AFFA razılaşmadı"

Ukrayna milli komandasının və “Dnepr”in ulduzu Yevgeni Konolyanka daha əvvəl Azərbaycan yığmasının şərəfini qorumaq istəyib. Futbolxeber.az-ın Azerifootball.com-a istinadən verdiyi məlumata görə, belə bir şok açıqlama ilə hazırda “Şaxtyor”un uşaq məktəbində çalışan Şahin Səfixanov çıxış edib: “Yevgeninin 17 yaşı olanda mən onu Azərbaycana gətirmək istəyirdim. Futbolçu və atası buna razı idi. Həmin vaxt Konoplyanka “Dnepr”in əvəzedici heyətində çıxış edirdi. Mən onun böyük istedada sahib olduğunu görürdüm. AFFA-dan mənə bildirdilər ki, bu oyunçu “rus”du. Türk olmadığı üçün onu milliləşdirmək çətin olacaq. Azərbaycanın aparıcı klubları isə Konoplyankanın xidmətinə ehtiyac duymadılar. Onlar futbolçunun yaşından narazı idilər. Axı, Azərbaycan klublarına yalnız təcrübəli futbolçular lazımdır”.

Qeyd edək ki, Konoplyankanın hazırda 25 yaşı var. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31