3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

Elxan Məmmədov I divizion klublarını incidir ÖZƏL

Futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparan bir neçə klubun Dövlət Neft Şirkəti tərəfindən maliyyələşməsi sirr deyil. Futbolxeber.az-ın əldə etdiyi məlumata görə, SOCAR tərəfindən I divizion təmsilçilərinə ayrılan vəsait klubara birbaşa deyil, AFFA-nın vasitəsi ilə ötürülür. Bu prosesə işə birbaşa assosiasiyanın baş katibi Elxan Məmmədov nəzarət edir. Baş katib isə son zamanlar I divizion klublarını incidir. Belə ki, Neft şirkəti ayrılan vəsaiti AFFA-nın hesabına köçürsə də, o pullar klublara göndərilməyib. Oktyabr ayı başa çatmaq üzrə olsa da, I divizion təmsilçilərinə hələ ki sentyabr ayının pulu verilməyib. Bir müddət əvvəl də buna bənzər problem yaşanmışdı. Həmin vaxt bu məsələ mətbuata sızsa da, sonradan Elxan Məmmədov klub rəhbərlərinə məlumatı təkzib etmək üçün basqı etmişdi.

Həmin proses indi də təkrarlanır. Hətta qeyri-rəsmi məlumatlara görə, Neft şirkətinin hesabına ayaqda duran I divizion klubları ümumiyətlə çempionatdan çəkilmək istəyirlər. Hazırda klub rəhbərləri də çıxılmaz vəziyyətdə qalıblar. Çünki onlar bir söz deyə bilmirlər. Xəbəri nə təsdiq, nə də təkzib edirlər.

Məsələ ilə bağlı AFFA-nın da mövqeyini öyrənməyə çalışacağıq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31