2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Dnepr”in baş məşqçisi: “Qarabağ” hücumda yaxşı təsir bağışlasa da, hər bir komandanın zəif cəhəti var”

Sabah Avroliqanın qrup mərhələsinin üçüncü turu çərçivəsində Kiyevdə “Qarabağ”ı qəbul edəcək “Dnepr”in baş məşqçisi Miron Markoviç oyunöncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az Markoviçin açıqlamalarını ixtisarlarla təqdim edir:

- Sabah hücumda kimə şans verəcəksiniz: Seleznyova, yoxsa Kaliniçə?

- Sizə bütün heyəti deyim? Bəs, burada Azərbaycandan kimsə var?

- Xeyr, ancaq ukraynalılardı.

- Hələ kimə şans verəcəyimi bilmirəm. Son zamanlar həm Seleznyov qol vurur, həm də Kaliniç pis formada deyil. Hələ düşünəcəyik.

- Bəs, Roman Zozulya?

- Baxacağıq, yəqin ki o, “Volın”a qarşı keçiriləcək kubok oyununda meydana çıxacaq.

- “Dnepr”in futbolçuları “Qarabağ”ın güclü rəqib olduğunu qeyd edirlər. Bunu azərbaycanlıların “Sent Etyen”lə oyunu da göstərdi. Siz yəqin ki, rəqibi öyrənmisiniz. “Qarabağ”ın zəif və güclü cəhətləri hansılar?

- “Qarabağ” “Sent Etyen”lə başa-baş oynadı. Şansları olsa da, dəyərləndirə bilmədilər. Rəqib hücumda yaxşı təsir bağışlasa da, hər bir komandanın zəif cəhəti var. Çalışacağıq ki, bundan yararlanaq. Bunun necə alınacağını isə görəcəyik.

- Qapıçı Boyko zədəli deyil?

- Xeyr.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28