Ölkə futbolu
Şahin Diniyev: “Dünən “C” kateqoriyası alan məşqçilər elə ağızdolusu danışırlar ki...”
Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev Futbolxeber.az saytına müsahibə verib.
- Berti Foqtsun milli komandamızdakı 6 illik fəaliyyəti başa çatdı. Alman mütəxəssisin istefa xəbərini necə qarşıladınız?
- Həmkarımın işdən getməsi futbol adamı kimi mənə ağır gəlir. Amma Foqtsun gedişini normal qarşıladım. Çünki hər şey buna doğru gedirdi. Gedənin dalınca pis danışmaq istəmirəm. Amma fakt budur ki, pis-yaxşı Foqtsun Azərbaycan futbolunda xidmətləri olub. Baş məşqçinin işi hər zaman nəticəylə ölçülür. Komanda uğursuz çıxış edirdi və Foqts da özündə cəsarət taparaq, məsuliyyəti üzərinə götürərək vəzifəsindən getdi. Lakin bu o demək deyil ki, yeni gələn məşqçiylə hər şey düzələcək. Xeyr, hər şeyi analiz edib, düzgün nəticə çıxarmaq və uğursuzluğun səbəbini tapmaq lazımdı. Təkcə baş məşqçi dəyişikliyi ilə iş bitmir. Sabah yeni baş məşqçi gələcək, lakin hər şey 360 dərəcə dəyişməyəcək.
- Düşünmürsüz ki, Foqtsun gedişi gecikmiş qərar idi?
- Bunu dəqiq deyə bilmərəm. Sən, mən, azarkeşlər - biz nəyisə həll edəcək gücdə deyilik. Müqavilə 2 tərəf arasında imzalanır və qarşıya hansı hədəflərin qoyulduğunu AFFA və Foqts bilirdi. Amma ümumi götürdükdə məşqçi üçün 3 il yetərincə vaxtdır. Bu müddətdə uğur qazanmaq olar.
- Sizcə, millinin yeni baş məşqçisi kim olmalıdır?
- Birmənalı şəkildə yeni baş məşqçi yerli olmalıdır. Azərbaycan futbolu o qədər də inkişaf etməyib. Futbolu zəif olan əksər ölkələrdə millini yerli mütəxəssis çalışdırır. Çünki güclü məşqçi gəlib, komandaya ancaq taktiki cəhətdən hazırlıq keçə bilər. Yerli məşqçi isə futbolçuların fiziki hazırlığına da bələddir, mentaliteti də bilir, kimin nəyə qadir olduğunu da. Heç kim bu gün qısa müddətdə nəyisə dəyişə bilməz. Möcüzə gözləməyə ehtiyac yoxdur. Hesab edirəm ki, bütün işlər kompleks şəkildə aparılmalıdır. Uğursuzluğun səbəbi analiz edilməlidir. Ad çəkməyimi istəyirsinizcə, Qurban Qurbanov deyəcəyəm. Çünki bu gün ölkə millisini çalışdırmağa ən real namizəd məhz Qurbanovdur.
- Bu gün ölkədə futbolçu qıtlığı varsa, Qurban Qurbanov ciddi nəyi dəyişə bilər ki? Hətta Qurbanov milliyə gəlsə, “Qarabağ”da qazandığı imici xərcləyə də bilər...
- Tamamilə düz deyirsiz. Bayaq da elə ona görə qeyd etdim ki, baş məşqçi dəyişikliyi ilə heç nə dəyişməyəcək. Azərbaycan futbolundakı problemlər həll olunmalıdır. O problemlər həll olunmayınca komandadan ciddi uğur gözləmək çətindir.
- Vaxtı ilə siz də millini çalışdırmısız. Yenidən təklif gəlsə, qəbul edərsiz?
- Bilirsiz, mənə heç kim dəvət göndərməz. Odur ki, olmayan məsələni müzakirə etməyək.
- Təklif gəlməyə bilər. Amma sosial şəbəkələrdə, azarkeşlər arasındakı söhbətlərə sizin də milliyə layiq olduğunuzü düşünənlər var.
- Məni milliyə layiq görən hər kəsə minnətdaram. Amma möcüzə baş verib millidən təklif gəlsə belə, qəbul etmərəm. Bəlkə də bunu kimsə oxuyub, “guya sənə təklif göndərən var ki” deyə bilər. Amma tam səmimi deyirəm ki, indi millidə işləmək çox çətindir. Ciddi problemlər var və onlar mütləq həll olunmalıdır.
- Futbolumuzda ciddi problemlərin olduğunu qeyd etdiniz. Bu problemin həllini nədə görürsünüz?
- İlk növbədə futbola baxış dəyişməlidir. Futbol strukturuna əl gəzdirilməlidir. Anlamaq lazımdı ki, futbol təkcə oyun deyil. Futbol hazırda biznesdi, siyasətdi. Bizdə isə baxırsan dünən “C” kateqoriyası alan məşqçilər elə ağızdolusu danışırlar ki...
- Bəzən “Şahin Diniyev, Vaqif Sadıqov, Ağasəlim Mircavadov kimi məşqçilər millidə işləyiblər də. Nə nəticə veriblər ki” sualını eşidirik. Buna qarşı çıxıb, həmin vaxt şəraitin indiki kimi olmadığını söyləyənlər də var. Həqiqətənmi sizin vaxtınızda milliyə yaradılan şərait indikindən çox fərqlənirdi?
- Təbii ki, o vaxtla indiki şəraiti müqayisə etmək düzgün olmazdı. Mənim futbolçu seçimim məhdud idi. Futbolçuları indiki qədər uzun müddətli təlim-məşq toplanışına apara bilmirdim. 9 il əvvəl vəziyyət tam fərqli idi. Amma heç kim azərbaycanlı məşqçilərin bacarığına kölgə salmasın. Biz özümüzü ikinci sort saya-saya gedirik. Ağasəlim Mircavadova iş verilir, onu vururlar. Vaqif Sadıqova iş verirlər, onu vururlar. Belə olmaz. Azərbaycanda bu günə qədər xeyli əcnəbi məşqçi işləyib. Hansı ciddi uğur qazanıb? Heç biri. Nə qazanılıbsa, elə yerlilərin rəhbərliyi altında olub.
- Xeyli müddətdir işsizsiniz. Sirr deyil ki, insan işsiz qaldıqda həm mənəvi, həm də maddi cəhətdən xeyli problemlə qarşılaşır. Bu çətinliklərə necə sinə gərirsiz?
- İndi desəm ki hər şey yaxşıdır, yalan olar. Məni qeyri-səmimilikdə ittiham edə bilərlər. Çətin də olsa, dözmək lazımdır. Çünki insan hər şeyini itirə bilər, yalnız simasından başqa. Bunun üçün özündə mütləq güc tapmalısan. İnsanın həyatda pis günü də olur, yaxşı günüdə. Həyatdı, dözmək lazımdı.
- Nəyə görə Şahin Diniyev kimi mütəxəssisə bu gün ehtiyac duyulmur?
- İndi elə bir mühitə gəlib çıxmışıq ki, işləmək üçün nələrəsə göz yummalı, hansısa faktorlarla barışmalısan. Amma bizim tərbiyəmiz buna imkan vermir. Mən simamı itirmək istəmirəm. 3-5 nəfərin yanında hörmətim varsa, onu da bir işə görə qurban verə bilmərəm.
- Demək olar ki, bu gün işsiz qalan Şahin Diniyev futbola olan ehtiyacını oğlanlarının oyununa baxmaqla ödəyir?
- Bu, hər bir valideyn üçün ən sevindirici haldır. Çalışıram ki, hər oyunlarına canlı olaraq stadiondan baxım. Övladlarıma böyük ümidlər bəsləyirəm. İnanıram ki, gələcəkdə də etimadımı doğruldacaqlar. Ötən tur ikisi də bir-birinə qarşı çıxış edirdi. Pis də oynamadılar. Kərim AZAL-ın yeganə qolunu vurdu, Coşqun isə “İnter”in heyətində ən yaxşı seçildi. Təbii ki, bir ata üçün bütün bunları görmək böyük fərəhdir.
- Həm Kərimin, həm də Coşqunun perspektivli olduğu şübhəsizdir. Amma sizin fikrinizcə, onlardan hansı az da olsa, digərindən üstündür?
- Sulların ən çətinini verdin (gülür). Ata üçün övladları arasında seçim etmək çox çətindir.
- Ata yox, mütəxəssis kimi fikrinizi bildirin.
- Hər ikisində bir şey çatışmır. Kərim əməksevərdi. Öz üzərində həddindən artıq çox çalışır. Bu yerə çətinliklə gəlib çıxıb. İstedad baxımıdan elə də bəxti gətirməyib. Bu günə kimi hər şeyə öz gücünə, dişi-dırnağı ilə nail olub. Coşqunda isə hər şey əksinədir. Allah ona istedad versə də, Kərim qədər çalışqan deyil.
- Hansının güclü futbolçu olmaq şansı daha çoxdur?
- Yaxşı futbolçu olmaqlarına hələ çox var. Onlar hələ ki heç nəyə nail olmayıblar. Amma hər ikisinin yaxşı futbolçu olmaq şansı var. Yetər ki, bunun üçün çalışasan. Güclü futbolçuya çevrilmək üçün bəxt amili də rol oynamalıdır. Üstəlik, ciddi zədələrdən də qaçmaq lazımdır. Qazandıqları ilə razılaşmamalıdırlar. Daha çox çalışmaq lazımdı. Ən əsası isə ulduz xəstəliyinə tutulmaq olmaz. Futbolçu o vaxt tükənir ki, nə zaman hər şeyi bacardığını düşünür. Bir valideyn kimi mən də üzərimə düşəni edirəm. Daim öz məsləhətlərimi verirəm. Səhvlərini deyirəm hər dəfə. Yaxşını onsuz da başqaları deyəcək onlara.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























