Ölkə futbolu
Yığmamız yaxşı oynadı...YAZI
Yığmamızın İtaliya və Xorvatiya millilərinə məğlubiyyətindən sonra mətbuatda xeyli tənqidi fikirlərlə rastlaşdıq. Həmkarlarım istər futbolçuları, istərsə də AFFA rəhbərliyini o ki var yıxıb-sürüdülər. Hələ də sürüməkdədirlər. Haqlı olaraq. Hələ 6 il əvvəl Berti Foqts yığmaya baş məşqçi gətiriləndə və milli komandalar almanlara tapşırılanda əksəriyyət AFFA-nın bu addımını alqışlamışdı. Həmin vaxta kimi yerli və gəlmə məşqçiləri əlcək kimi dəyişən əsas komandamız Foqtsun sayəsində ağ günə çıxacağını fikirləşirdilər. Amma onun təyinatına qarşı olanlar da az deyildi. Səbəb kimi isə almanın Şotlandiya və Nigeriya millilərindən sözün əsl mənasında qovulduğunu göstərirdilər. Dünya futbolunda özlərinə görə çəkiləri olan bu ölkənin yığmaları ilə bir nəticə qazanmayan birisinin pulu karyeradan üstün tutan bizimkilərlə nəsə əldə edə bilməyəcəyi 6 il əvvəl məlum idi. Zaman bunun doğru olduğunu göstərdi. Foqst yaxşı futbolçu olduğu qədər də bacarıqsız məşqçi adını çoxdan sübut etmişdi. Bunu bir daha yığmamızla təkrarladı. Necə deyərlər, təkrar biliyin anasıdı.
Düzü, bu haqda nəsə yazmağı düşünmürdüm. Çünki, həmkarlarım müxtəlif KİV-də hər bir səhvə toxunmuş, hər bir nüansı incələmişdilər. Xorvatlarla oyundan 1 həftəyə yaxın vaxt keçir. Digər tərəfdən Foqtsun postundan getməsi bu yazını daldan atılan daşa bənzədə bilər. Bəlkə də gecikmiş yazıdı. Hər halda pərakəndə olsa da, fikir bildirəcəm. İlk dəfədir ki, nəsə yazanda fikrimi cəmləyə bilmirəm. Bu üzdən üzrlü hesab edin. Atalar yaxşı deyib, dərd bölüşəndə azalır, sevinc isə çoxalır. Yığmanın və futbolumuzun bu gündə olması hamımızın dərdidi. Ona görə də bölüşməliyəm ki, yüküm azalsın. Hamı bir nəfər kimi Berti Foqstun qovulmasını tələb edirdi. Razıyam. Hamı bir nəfər kimi AFFA-nın apardığı siyasəti tənqid edir. Bununla da razıyam. Hamı bir nəfər kimi yığmamızın pis oynadığını əsas gətirir. Bax, bununla razılaşa bilmirəm. Yığmamız yaxşı oynadı. Özü də çox yaxşı. Bir qədər sonra fikrimin məğzini biləcəksiniz.
Berti Foqts ötən il yola salınmalıydı. Dünya çempionatının seçmə mərhələsindən sonra. Amma AFFA rəhbərliyi bunu etmədi. Ona görə ki, Foqtsun müqaviləsinin uzadılması onlardan asılı deyildi. Nə qədər Rövnəq Abdullayevi, Elxan Məmmədovu, İcraiyyə Komitəsinin üzvlərini tənqid etsək də, fakt budur ki, Foqtsla yeni müqavilənin imzalanması onların istəyindən və iradəsindən asılı deyildi. Çoxları bundan xəbərdar deyildi və elə zənn edirdilər ki, adlarını çəkdiyim insanlar almanın yığmada qalmasını istəyirlər. Əslində isə... Çox dərinə getməyim, bata bilərəm. Sadəcə, mənə gülməli gələn Foqtsun təyinatı zamanı İK üzvlərinin yekdilliklə bu təyinatı dəstəkləmələri idi. Qeyri-rəsmi söhbətlərdə onun qarasına danışanlar o vaxt təyinatı dəstəklədilər və heç olmasa biri də etiraz edib demədi ki, bu insan futbolumuza xeyir vermək iqtidarında deyil. Ona görə demədilər ki, AFFA belə məsləhət görmüşdü. Bəs, indi niyə etiraz edirdilər? Ona görə ki, AFFA indi belə istəyirdi.
Səfərə çıxmamışdan əvvəl kimsə yığmamızın Vətənə sərfəli nəticə ilə dönəcəyini gözləmirdi. Sərfəli nəticə deyəndə ən yaxşı halda 1 heç-heçəni nəzərdə tuturam. İtaliya və Xorvatiyadan səfərdə xal almaq əsl qəhrəmanlıq idi. Yığmamızın isə qəhrəmanlıq göstərməyə gücü yoxdur. Onsuz da hər iki oyunda məğlub olacağımız gün kimi aydın idi. Özbəkistan və Rusiya ilə yoxlama oyunlarında, Bolqarıstanla rəsmi qarşılaşmada sərgilənən oyun və görünən potensial bunu deməyə əsas verirdi. Vallah, heç yığmadan qələbə nədi, heç-heçə də istəmirdik. İstədiyimiz vuruşmaq idi. İki dalaşandan biri döyülər, məğlub olar. Məğlubiyyət qəbahət deyil ki. Amma biri var döyüşdən qaçaraq məğlub olasan, biri də var vuruşaraq. Bir komandanın baş məşqçisi oyundan əvvəl məğlubiyyətdən dəm vururdusa, bir komandanın yarıdan çoxu hesab edilən qapıçısı qol buraxmamaq üçün Allaha yalvarırdısa, bir komandanın kapitanı rəqibi yıxandan sonra utanmadan hakimə qayda pozmadığına görə dəfələrlə etiraz edirərək özünü günahsız kimi göstərmək istəyirdisə... buna döyüşmək yox, “Bizim Cəbiş müəllim” filmindən məşhur olan “dezertir” adı daha çox yaraşır.
Fransaya, Polşaya, Serbiyaya və digər komandalara ağır məğlubiyyətlər hələ də yadımızdan çıxmayıb. Həmin vaxt yığma komandalara indiki şərait yaradılmırdı, futbolumuzun maliyyə durumu indiki kimi deyildi. Məni maraqlandıran 2 sual var. Birincisi, Foqts həmin şəraitdə işləyərdimi? İkincisi, hazırda yığmaya yerli mütəxəssis rəhbərlik etsəydi, Foqtsa yaradılan şərait onlara da yaradılardımı? Cavabı məndən yaxşı bilirsiniz.
Foqts yığmaya yeni oyun tərzi gətirdi – qorxaqcasına müdafiə olunmaq. Belə deyilsə, Kamran Ağayev hesab 0:nə bilim neçə olanda vaxtı niyə uzadırdı? Qalib gəlmək üçün qol vurmaq lazımdır. Qol vurmaq üçün isə hücum etmək. Son 3 oyunda standart vəziyyətləri çıxmaq şərtilə hansısa hücum epizodununda komandamızın 2 futbolçusunu eyni vaxtda rəqibin cərimə meydançasında gördünüz? Statistikaya nəzər salaq xorvatlarla oyunda komanda cəmi 5 dəfə rəqib qapısına zərbə endirmişdi. Hamısı da hədəfdən kənara. İtaliya ilə matçda bu rəqəm 3 idi. Kyellininin avtoqolunu nəzərə almasaq 2 zərbə və hər ikisi də uzaq məsafədən, bəxtəxuda. Deyək ki, bu rəqiblər güclü idilər. Bəs, bolqarlara oyuna nə ad verək. Cəmi 4 zərbə – ikisi əyri, ikisi düz. İndi əmin oldunuz, yığmamız yaxşı oynayır? Əlbəttə, yaxşı oynayır... əsəblərimizlə. Əsəblərinizi qoruyun!
İlqar TAĞIYEV, “Het-trik news” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























