1 Noyabr 2026, Bazar günü
Yuri Vernidubdan qələbə şərhi
“Neftçi” liderliyi ələ keçirdi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Ölkə futbolu

“Xəzər Lənkəran” - “Bakı”: prevyu

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Azərbaycan Premyer Liqasında VIII turun oyunları keçiriləcək. Futbolxeber.az-ın “Xəzər Lənkəran”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, cənubluların turdakı rəqibi “Bakı” olacaq. “Ağ-yaşıllar” ilk dəfə 10 il əvvəl qarşılaşdığı paytaxtın eyniadlı təmsilçisi bütün yarışlar nəzərə alınmaqla 38-ci dəfə üz-üzə gələcək.

Premyer Liqaya təsadüf edən 28 matçda da “Xəzər Lənkəran” oyunların sayı qədər fərqlənib. Çempionatda top fərqində (28-29) geridə olan “Xəzər Lənkəran” 7 qələbə qazanıb, 12 heç-heçə edib və 9 dəfə məğlubiyyətlə barışıb.

Ölkə çempionatında 15-ci dəfə “Bakı”nı qəbul edəcək Lənkəran təmsilçisi ev oyunlarında üstünlüyə malikdir. Əvvəlki 14 qarşılaşmada 6 qələbəsi olan “Xəzər Lənkəran” 4 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. Bu görüşlərdə “ağ-yaşıllar” 19, bakılılar 11 qol sevinci yaşayıb.

Qeyd edək ki, bazar gününün yeganə qarşılaşması olan "Xəzər Lənkəran" - "Bakı" matçına 19 oktyabr, saat 17:00-da start veriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30