Ölkə futbolu
“Bakı”nın futbolçusu rəqiblərə meydan oxudu: “...onların qarşısını almaq üçün güc və istedadımız var”
Son illər gənc futbolçuları ölkə futboluna qazandıran “Bakı” daha bir parlaq gələcək vəd edən futbolçunu bu il “təqdim etdi”. Futbolxeber.az-ın məlumatına görə, cari mövsümdən əsas komandaya cəlb olunan Eltun Hüseynov elə ilk turdan əsas heyət üzvünə çevrilə bildi. 20 yaşlı müdafiəçi klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Gənc futbolçulara verdiyi önəmə görə Azərbaycan Premyer Liqasında fərqlənən “Bakı”nın əsas heyət oyunçusu kimi ilk təəssüratların necə oldu?
- Hələ ötən mövsümdə əvəzedici heyətin kapitanı olduğum zaman əsas komandanın məşqlərində iştirak edirdim. Bir gün əsas komandada oynayacağımı gözləyirdim. Nə yaxşı ki yetirməsi olduğum klubun birinci komandasında oynamaq şansı qazandım. “Bakı”da oynadığım üçün fərəh və qürur hissi keçirirəm. Bizə üstünlük verdiyi üçün rəhbərlik və məşqçi korpusuna təşəkkür edirəm. Onların sayəsində biz geniş publikaya təqdim olunuruq. Bizə verilən bu şansdan maksimum yararlanmağa çalışırıq. Əsas məqsədimiz futbol oynayaraq bərkiyib gələn il daha da iddialı olmaqdır.
- Ötən mövsüm əvəzedicilərin çempionatında oynayırdın. İndi isə Premyer Liqada. Bu iki birincilik arasında fərqli cəhətləri nədə görürsən?
- Fərq çoxdur. Əvəzedicilərlə nisbətdə burada temp daha yüksəkdir. Təcrübəli oyunçular daha çoxdur. Premyer Liqada gənclər üçün oynamaq çox çətindir. Buna baxmayaraq hər bir oyunda təcrübəli futbolçulardan nə isə öyrənirik. Qarşılaşdığımız futbolçular nə qədər təcrübəli olsalar da, onların qarşısını almaq üçün güc və istedadımız var.
- Son illər təkcə “Bakı”da yox Azərbaycan futbolunda gəncləşdirmə siyasəti aparılır. Müxtəlif çempionatlara bununla bağlı limitlər tətbiq edilir. Bu prosseslər millidən də yan keçməyir. Bir neçə oyun oynamağına baxmayaraq milli komandada çıxış etmək barədə düşünürsənmi?
- Hər bir futbolçu kimi milli komandada oynamaq mənim də arzumdu. Bu mövsüm əsas məqsədlərimdən biri də Berti Foqtsun diqqətini çəkib milliyə dəvət almaqdır. Təəssüf ki, bu günə kimi nədənsə aşağı yaş qrupları üzrə millilərdə çıxış edə bilməmişəm. Düzdü, bir neçə dəfə dəvət edilsəm də, zədə səbəbindən şansımı əldən vermişəm. Bu dəfə heç bir problem yoxdur. Çağırsalar hazıram.
- Bu mövsüm klubumuzun siması dəyişib. İndi insanlar adlarını ilk dəfə eşitdikləri onlarla futbolçu ilə tanış olur. Bütün bunlar sənin də məzunu olduğun akademiya sayəsində baş tutur. “Bakı” akademiyasında fürsət gözləyən onlarla istedadlı yeniyetmə və gənclərə hansı məsləhətlərin var?
- Mən də gəncəm. Aramızda ciddi yaş fərqi yoxdur. Akademiyadakı uşaqlar bizə mənəvi cəhətdən böyük dəstək verirlər. Məşqə gedərkən qarşımıza çıxan uşaqlar, yeniyetmələr hər kəs bizim kimi olacaqlarını deyirlər. Onlar arasında çox istedadlı uşaqlar var. Bir neçə ilə onları da tanıyacaqsınız. Onlara bu yolda uğurlar arzulayıram. Məşqləri buraxmasınlar. Fərdi məşqlər edib çatışmayan cəhətlərini aradan qaldırsınlar. Hər kəsə hörmətlə yanaşsınlar. Böyük-kiçiyi itirməsinlər. Biz də illərlə müxtəlif liqalarda oynayaraq bu günə gəlib çatmışıq. Onlar da bu etaplardan üzüağ çıxmalıdır. İnşallah bundan sonra onlarda da alınacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:50
“Neftçi” liderliyi ələ keçirdi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























